İnkişaf xronologiyası

2008

İyun

Azərbaycan nümayəndələri NASDAQ birjasının açılışında

Azərbaycan nümayəndələri NASDAQ birjasının açılışında
30 iyun 2008 tarixində tərkibinə «Forex-AZ» şirkətinin prezidenti Elşən Quliyevin də qatıldığı Azərbaycan nümayəndə heyəti tarixdə ilk dəfə olaraq Beynəlxalq Maliyyə Dünyasının ən böyük qurumlarından olan NASDAQ birjasında ticarət seansının açılışını etdi.
Fevral

Uğur - 2007

Uğur - 2007
16 fevral 2008-ci il tarixində "Gülüstan" sarayında "Consulting and Business" jurnalının təsis etdiyi "Uğur - 2007" Milli Mükafatının təqdimetmə mərasimi keçirildi. Mərasimdə «Forex-AZ» şirkəti "Maliyyə alətlərinin inkişafına töhfəsinə görə" nominasiyasında "Uğur - 2007" Milli Mükafatına layiq görüldü.

2007

Noyabr

Bakutel 2007

Bakutel 2007
Forex-AZ şirkəti 21.11.2007 tarixindən 24.11.2007 tarixinədək "Heydər Əliyev" adına İdman və Konsert kompleksində təşkil edilən Bakutel 2007 - 13-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində möhtəşəm stendi ilə çıxış etdi. Sərgi iştirakçıları «Forex-AZ» şirkətinin Maliyyə Bazarlarında fəaliyyətə Yeni başlayanlar, Treyderlərİnvestorlar üçün təqdim etdiyi geniş çeşiddə xidmət toplusu ilə yaxından tanış olmaq imkanı əldə etdilər.
Sentyabr

Foreks - Maliyyə bazarının əlifbası

Foreks - Maliyyə bazarının əlifbası
Park İnn otelində «Forex-AZ» şirkətinin geniş təcrübəyə malik mütəxəssisləri tərəfindən hazırlanmış və nəfis tərtibatla dərc edilmiş yeni "Foreks - Maliyyə bazarının əlifbası" kitabının rəsmi təqdimat mərasimi keçirildi.
Avqust

Trendoks Trader FX4

Trendoks Trader FX4 proqramı yeniləndi. Artıq proqram istifadəçiləri 12 valyuta cütü ilə yanaşı on-line şəkildə neft, qızıl və gümüş ticarəti də həyata keçirə bilərlər. Digər bir yenilik - 5 lot və daha böyük həcmlərdə əməliyyatlar icra edən treyderlərə 4 əsas valyuta cütü - EURUSD, USDJPY, GBPUSD və USDCHF valyuta cütlərində ticarət əməliyyatlarına 2 punktluq spred tətbiq edilir (EURUSD-Pro, USDJPY - Pro, GBPUSD - Pro və USDCHF - Pro).
Aprel

Forex-AZ şirkəti ABŞ-ın məşhur Bloomberg İnformasiya Şəbəkəsinə qoşulmuşdur.
Şirkətin rəsmi internet saytı – www.foreks.az tamamilə yeni və müasir üslubda təkmilləşdirilərək istifadəyə verilmişdir.
Mart

Caspian Energy Integration Award - 2007

Caspian Energy Integration Award - 2007
Forex-AZ şirkəti Xəzər İnteqrasiya İşgüzar Klubu tərəfindən təşkil edilən “Caspian Energy Integration Award - 2007” müsabiqəsində “İlin Dilinq-Sərmayə şirkəti” seçilmişdir.
Yanvar

Forex-AZ Turkiyə nümayəndəliyi fəaliyyətə başladı

Forex-AZ şirkəti ilə eyni təşkilati strukturda yaradılmış və şirkətin Türkiyənin İstanbul şəhərində rəsmi nümayəndəliyi funksiyasını həyata keçirəcək Fraktal-AZ şirkəti fəaliyyətə başlamışdır.

A-dan Z-yə Foreks Əlifbası

Foreks və bu birjada uğurlu ticarət sirlərinin ilk dəfə olaraq doğma ana dilimizdə A-dan Z-yə açıqlandığı kitaba Siz də sahib olun! Oxuyun, öyrənin, fürsətləri qazanca çevirin!

Foreks Treyder Yarışması

Bütün dünyadan treyderlərin qatıldığı Foreks yarışmasında Siz də gücünüzü sınayın. Həm təcrübənizi artrın, həm də ticarət hesabı uğrunda yarışın!