İnkişaf xronologiyası
2006
Fevral
Şirkətin daxili idarə strukturu təkmilləşdirilmiş, ayrı-ayrı departamentlərin fəaliyyətində avtomatlaşdırılmış uçot sistemləri istifadəyə verilmişdir.
İyun
Banking & Finance Caucasus Conference

13–14 iyun Avropa otelinin konfrans zalında I Qafqaz Beynəlxalq Bankçılıq və Maliyyə sərgi-konfransı keçirilmişdir. 15 ölkədən 100-dən artıq şirkətin qatıldığı sərgidə «Forex-AZ» şirkətinin stendi uğurla nümayiş etdirilmişdir.
Sərgi zamanı ilk dəfə olaraq «Forex-AZ» şirkəti ilə eyni strukturda yaradılmış İnvest-AZ şirkətinin təqdimat mərasimi keçirilmişdir. Azərbaycanda investisiya idarəçiliyi sahəsində ilk şirkətlərdən olan İnvest-AZ müştərilərinə bu sahədə unikal «İnvestisiyaları Etibarlı İdarəetmə» proqramları təqdim etməkdədir.
Sərgi zamanı ilk dəfə olaraq «Forex-AZ» şirkəti ilə eyni strukturda yaradılmış İnvest-AZ şirkətinin təqdimat mərasimi keçirilmişdir. Azərbaycanda investisiya idarəçiliyi sahəsində ilk şirkətlərdən olan İnvest-AZ müştərilərinə bu sahədə unikal «İnvestisiyaları Etibarlı İdarəetmə» proqramları təqdim etməkdədir.
Aprel
Yeni www.foreks.az domeyni alınmış və şirkətin rəsmi internet saytının (www.forex-az.info) paralel olaraq bu ünvandan da ziyarətinə imkan yaradılmışdır.
Aprel
NETTY 2006

Şirkətin rəsmi internet saytı – www.forex-az.info "Azərbaycan Milli İnternet Mükafatı – NETTY 2006" müsabiqəsində "Ən Yaxşı Korporativ Sayt" nominasiyasında qalib olmuşdur.
Yanvar
Dünya Valyuta Birjalarında müntəzəm təsbit olunan valyuta kotirovkalarının şirkətin saytından real zaman rejimində izlənməsi üçün elektron sistem hazırlanmış və istifadəyə verilmişdir. Müştərilərin onlayn rejimdə şirkətlə birbaşa əlaqə saxlaması üçün yeni çat sistemi yaradılmışdır.
2005
Dekabr
Forex-AZ şirkəti tərəfindən Treyderlər arasında təşkil edilmiş Konkurs Müsabiqələrin təşkilati strukturu avtomatlaşdırılmış, dünyanın istənilən nöqtəsindən Maliyyə Bazarı iştirakçılarının onlayn şəkildə bu müsabiqələrə qatılması üçün yeni imkanlar yaradılmışdır.
Noyabr
Şirkətin rəsmi internet saytı – www.forex-az.net tamamilə yenilənərək həm rus, həm də azərbaycan dilli oxucuların Dünya Maliyyə Bazarları və bu sahədə «Forex-AZ» şirkətinin təqdim etdiyi xidmətlər barəsində ətraflı məlumat əldə etməsinə geniş imkanlar yaratmışdır. Eyni zamanda www.forex-az.info domeni aktivləşdirilmiş, saytın strukturu təkmilləşdirilərək müştərilərin şirkətlə birbaşa sayt vasitəsilə, onlayn rejimdə əlaqə saxlaması üçün geniş imkanlar yaradılmışdır.
«Aldım, Satdım, Qazandım» reklam və təşviqat kompaniyası müvəffəqiyyətlə ictimaiyyətə təqdim edilmişdir.
«Aldım, Satdım, Qazandım» reklam və təşviqat kompaniyası müvəffəqiyyətlə ictimaiyyətə təqdim edilmişdir.
Oktyabr
Forex-AZ şirkətinin də sponsorlar sırasına qatıldığı "Bakutel 2005 — 11-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgisi"-ndə şirkətin stendi müvaffəqiyyətlə iştirak etmiş, şirkət rəhbərləri tərəfindən təşkil edilmiş praktiki seminarlar, sərgilənən reklam materialları sərgi iştirakçılarında bütövlükdə Maliyyə Bazarlarına, o cümlədən «Forex-AZ» şirkətinin bu sahədə təqdim etdiyi xidmətlərə yüksək maraq oyatmışdır.
İyun
Maliyyə Bazarları üzrə analiz üsullarının və kapitalın idarə edilməsi metodlarının tam şəkildə nəzəri və praktiki tədrisini nəzərdə tutan yeni 5 mərhələli, sertifikatlaşdırılmış Treyninq Hazırlıq Proqramları təsis edilmişdir. Şirkətin idarəetmə strukturu ISO 9001 Beynəlxalq standartına müvafiq şəkildə, Korporativ İdarəetmə prinsipləri rəhbər tutulmaqla təkmilləşdirilmişdir.
Mart
Şirkətin rəsmi internet saytında yeni Analitika və İqtisadi təqvim bölmələri yaradılmışdır.




