Maliyyə xidmətləri sahəsinə gətirdiyi yeniliklər və professional birja xidmətləri sayəsində Forex-AZ bir çox mükafatlara layiq görülmüşdür. Uğurlarımızın arxasında duran ən böyük amil daim inkişafa meylli yeni biznes fəlsəfəmiz və təqdim etdiyimiz hər bir xidmətdə yüksək keyfiyyət hədəflərimizdir.
2010 May
Forex-AZ Nyu-Yorkda "Beynəlxalq Keyfiyyət" mükafatına layiq görüldü.
Forex-AZ şirkətinin beynəlxalq arenada bu mükafata layiq görülməsi, şirkətin təqdim etdiyi xidmətlərdə müştəri məmnuniyyətinə verdiyi xüsusi diqqəti, həmçinin yenilikçi iş prinsipi ilə dünya standartlarında idarəetmə modelinə sahib olduğunu sübut edir.
"Xəzər - Qara Dəniz və Baltik Regionunda ilin Ən Etibarlı Forex Şirkəti" mükafatını qazandıq!
Sıralarında dünyanın 30 ölkəsindən 500-ə yaxın şirkəti birləşdirən "Caspian Integration Business Club"un təşkil etdiyi müsabiqədə şirkətimiz "Xəzər - Qara Dəniz və Baltik Regionunda ilin Ən Etibarlı Forex Şirkəti" mükafatına layiq görüldü.
Dünya maliyyə bazarları üzrə xidmətlərdə daim yüksək keyfiyyət hədəflərimiz və xidmət göstərdiyimiz müştərilərlə etibarlı əməkdaşlıq mühiti yaradan operativ iş üslubumuz əldə etdiyimiz uğurlara yeni birisini də əlavə etdi.
Foreksin türkcəsi... Türkiyədə ilk kitabımız nəşr edildi!
Birja ticarəti sirlərinin A'dan Z'yə açıqlandığı bu kitabı Forex macəranızın "yol xəritəsi" olaraq istifadə edə bilər və bu yolda uğurlu strategiyalar kəşf edə bilərsiniz.
Dünyanın ən məşhur birjalarından olan NASDAQ-da seans açılışını etdik!
30 iyun 2008 tarixində Forex-AZ rəhbərinin də qatıldığı Azərbaycan nümayəndə heyəti tarixdə ilk dəfə olaraq Beynəlxalq Maliyyə Dünyasının ən böyük qurumlarından olan NASDAQ birjasında ticarət seansının açılışını etdi.
Forex-AZ "Caspian Energy Integration Award - 2007" müsabiqəsində "İlin Dilinq-Sərmayə şirkəti" seçildi.
Ölkə daxilində sosial-iqtisadi sahədə uğurlu fəaliyyətlə yanaşı, fəaliyyət çoğrafiyasını beynəlxalq səviyyədə də uğurla genişləndirən lider şirkətlərə verilən bu mükafat Forex-AZ-ın üstün xidmət keyfiyyətini bir daha sübut edir.
"Maliyyə alətlərinin inkişafına töhfəsinə görə" Uğur - 2007 Milli Mükafatına layiq görüldük!
"Gülüstan" sarayında "Consulting and Business" jurnalının təsis etdiyi "Uğur - 2007" Milli Mükafatının təqdimetmə mərasimində Forex-AZ şirkəti "Maliyyə alətlərinin inkişafına töhfəsinə görə" nominasiyasında "Uğur - 2007" Milli Mükafatına layiq görüldü.
Müasir texnoloji yeniliklərimizin təcəssümü olan internet saytımız "Ən Yaxşı Korporativ Sayt" mükafatınızı qazandı!
8 Aprel 2006 tarixində keçirilən NETTY 2006 qaliblərinin mükafatlandırılma mərasimində Forex-AZ şirkətinin rəsmi internet saytı “Ən Yaxşı Korporativ Sayt” nominasiyasında qalib oldu. Bu mükafat illk növbədə Forex-AZ komandasının uğurlu fəaliyyətinin və şirkətin təqdim etdiyi xidmətlərə olan yüksək marağın tərənnümüdür.
Beynəlxalq valyuta bazarları ilə bağlı bütün mövzuları əhatə edən 5 səviyyəli tədris proqramları istifadəyə verildi.
Maliyyə Bazarları üzrə analiz üsullarının və kapitalın idarə edilməsi metodlarının tam şəkildə nəzəri və praktiki tədrisini nəzərdə tutan yeni 5 mərhələli, sertifikatlaşdırılmış Treyninq Hazırlıq Proqramları təsis edilmişdir.
Yarandığı dövrdən etibarən daim inkişaf edən və fəaliyyət coğrafiyasını genişləndirən Forex-AZ qazandığı uğurlarını gələcəkdə daha yeni mərhələlərə qaldırmağı hədəfləməkdədir. Müştəri məmnuniyyətini fəaliyyətinin başlıca prinsipi hesab edən şirkətimiz Fərqli Gəlir dünyasından hər bir şəxsin faydalana bilməsinə çalışır.