Qiymət dəyişikliklərinin daim yüksək gəlir imkanları yaratdığı Foreksə Siz də qatılın!
Foreks Dünya Maliyyə Bazarları arasında ən yüksək gündəlik ticarət dövriyyəsinə malik, olduqca likvid birjadır. Qiymət dəyişikliklərini doğru proqnozlaşdırmağı bacaran iştirakçılar üçün bu birjada gəlir fürsətləri saysız-hesabsızdır.
Açacağınız Foreks Ticarət Hesabı ilə ən müxtəlif maliyyə alətləri ilə sərbəst ticarət edə bilərsiniz:
Valyutalar
100-dən artıq valyuta cütü ilə ticarət edərək limitsiz gəlir fürsətlərindən faydalana bilərsiniz. Foreksdə ticarət əməliyyatlarının 70%-i avro, dollar, funt, frank və Yapon yenası ilə həyata keçirilməkdədir.
Qiymətli metallar və enerji daşıyıcıları
Foreks birjasında sadəcə valyutalarla deyil, neft, qızıl, gümüş kimi alətlərlə də ticarət etmək mümkündür. Xüsusilə qızıl və neft qiymətlərindəki dəyişikliklər bazar iştirakçıları üçün böyük gəlir fürsətləri yaradır.
Birja indeksləri
Forex-AZ Sizə DJI, Nasdaq, Dax, S&P500, FTSE, HANG, NIKKEI kimi dünyanın tanınmış birja indekslərində ticarət imkanı yaradır. Şirkətin təqdim etdiyi ticarət platforması vasitəsilə London, Tokiyo, Nyu-York kimi dünyanın ən böyük maliyyə mərkəzlərindəki birjaların indeks dəyərlərindəki dəyişikliklərdən Siz də gəlir qazana bilərsiniz.
Beynəlxalq şirkətlərin səhmləri
Forex-AZ vasitəsilə Dünya Maliyyə Bazarlarına qatılaraq bəynəlxalq şirkətlərin səhmləri ilə də ticarət edə bilərsiniz. Tanınmış korporasiyaların səhmlərindəki qiymət dəyişikliklərindən Siz də faydalanın.
Fərq Müqavilələri (CFD)
Törəmə maliyyə alətlərindəki gəlir fürsətlərindən Siz də yararlanın. Forex-AZ Sizə Fərq Müqavilələri (CFD) vasitəsilə geniş çeşiddə maliyyə alətləri ilə ticarət imkanı təqdim edir. Fərq Müqavilələri (CFD) ticarət etdiyiniz aləti fiziki olaraq almadan, qiymətlərin həm artışı, həm də enişində gəlir imkanı yaradan mükəmməl ticarət alətləridir.
Fyuçerslər
Müasir dövrdə maliyyə bazarları iştirakçılara standart ticarət alətləri ilə yanaşı vadəli sərmayə alətləri ilə də ticarət etmək imkanı yaradır. Artıq pambıq, şəkər çuğunduru, taxıl, platin və s. malların vadəli ticarət şərtlərindən Siz də faydalana bilərsiniz.
Bütün dünyanın gəlir qazandığı maliyyə bazarlarında Siz də ticarətinizi Forex-AZ fərqiylə gerçəkləşdirin!