Hmm... Qiymət dəyişikliklərindən gəlir qazanmaq üçün Foreksə qatıla bilərəm...
Gördüyünüz bu qrafiklər
Sizə gəlir qazanmanızı təmin edən qiymət dəyişikliklərini göstərir. Qiymət dəyişiklikləri müxtəlif zaman periodlarında özünəməxsus qrafik formalaşdırır.
Bir sualım var.
Qiymət dəyişikliklərinin hansı istiqamətdə olacağını öncədən necə proqnozlaşdıra bilərik?
Alo... Bəli... Bu gün dollardakı qiymət dəyişikliyindən gəlir qazandım... Təbii ki, sən də qazana bilərsən... Lakin öncə tədris almalısan...
Məzuniyyət yaxınlaşır.
İş tapmaq lazımdır... Sərbəst işim olsa yaxşı olardı...
Hmm... Tapdım... Foreksi öyrənsəm həm sərbəst işimi qura bilərəm, həm də yeni fəaliyyət sahəsini öyrənmiş olaram...
Hər kəs Foreksdən danışır? Nədir bu Foreks? Görəsən mən də iştirak edə bilərəm? Bu sahəni öyrənə bilərəm? Məncə tədris alsam bu işi bacaracağam...
Aşağıdakı forma vasitəsilə Tədris Kurslarımızla bağlı bütün suallarınızı mütəxəssislərimizə ünvanlaya bilərsiniz. Suallarınız ən qısa zamanda cavablandırılmağa çalışılacaqdır.
Tələbələrimiz tərəfindən mütəmadi soruşulan suallar
1. Foreksdə uğurlu olmaq üçün nə lazımdır?
Cavab: Foreksdə uğurlu olmaq üçün ilk öncə bu sahə ilə bağlı ilkin biliklərə malik olmaq başlıca şərtdir. Hətta bəzi iştirakçılar ticarət platformasından düzgün istifadə qaydalarını bilməmələri səbəbindən bəzən zərərlə üzləşirlər. Foreksə uğurlu olmaq üçün ilk öncə Demo hesablarda təcrübə qazanılmalı, qiymət dəyişikliklərinin texniki və fundamental analiz bacarıqları inkişaf etdirilməlidir. İlkin bilik və təcrübə qazanıldıqdan sonra Real hesablarda sağlam psixologiya ilə ticarət etmək böyük uğur qazandıra bilər.
2. Foreksin fond birjalarından fərqi nədir?
Cavab: Foreksin fond birjalarından başlıca fərqi həftə içi 5 gün, gün boyu 24 saat ticarət imkanı, ticarət tərəfdaşı axtarma lüzumunun olmaması və süni manipulyasiyalara məruz qalma riskinin olmamasıdır. Bu birjada ticarət əməliyyatlarının həm alış, həm də satış istiqamətində həyata keçirilə bilinməsi və əməliyyatların marjinal ticarət prinsipi ilə icra olunması Foreksin hər bir iştirakçısına kiçik qiymət dəyişikliklərindən böyük mənfəət qazanma şansı yaradır.
3. Bu birjada real mənfəət qazananlar varmı?
Cavab: Foreksdə ticarət edərək ilkin sərmayəsini dəfələrlə artıran uğurlu treyderlər vardır. Bu insanlar hər şeydən öncə peşəkar texniki və fundamental analiz bacarığına malik, birjada ticarət psixologiyasını mükəmməl bilən və professional ticarət təcrübəsinə malik treyderlərdir.
4. Forekslə bağlı tədris aldıqdan sonra bu birjada real mənfəət qazana biləcəyəm?
Cavab: Forekslə bağlı professional tədris aldıqdan sonra bu birjada daha peşəkar şəkildə ticarət imkanına sahib olacaqsınız. Çünki tədris kurslarımızda Foreks ticarəti ilə bağlı zəngin biliklərə yiyələnməklə yanaşı professional təcrübə də qazanırsınız. Doğru ticarət strategiyası və düzgün sərmayə idarəçiliyi prinsipləri ilə bu birjada limitsiz real mənfəət qazana bilərsiniz. Tədris kurslarının başlıca məqsədi Sizi real birja ticarətinə daha peşəkar və savadlı şəkildə hazırlamaqdır.
5. Kurslarda tədris edilən mövzular real birja ticarətində uğur qazanmaq üçün kifayətdir?
Cavab: Kurslarda tədris edilən mövzular bütün dünyada uğurlu treyderlərin bacarıqla istifadə etdikləri bilik, analiz bacarığı və ticarət üsullarıdır. Real birja şərtlərində uğur qazanılması hər bir iştirakçının bu bilik və bacarıqları sağlam düşüncə tərzi ilə intizamlı şəkildə istifadəsindən edə bilməsindən və daim özünü inkişaf etdirməsindən asılıdır.
6. Ticarət edərkən təşvişə qapılıram, həyəcanlanıram. Bunu necə aradan qaldıra bilərəm?
Cavab: Foreksdə tcarət edərkən daxili hislərin cilovundan qurtulmanın yolu zəngin təcrübə qazanmaq və birja ticarətinə psixoloji hazırlığı daim artırmaqdır. Tədris kurslarımızda Forekslə bağlı peşəkar bilik və bacarığa yiyələnməklə yanaşı real birja ticarətinə psixoloji hazırlığınıza da professional şəkildə artıra bilərsiniz.
7. Hansı ticarət strategiyası daha uğurludur?
Cavab: Ticarət strategiyaları hər bir treyderin risk tələblərinə uyğun olaraq dəyişməkdədir. Düşünülmüş şəkildə ticarət strategiyası quraraq sağlam risk edə bilirsinizsə mənfəət ehtimalınızı da artırmış olursunuz. Bir çox treyderlər qısamüddətli əməliyyatlarla daha az riskli ticarətə üstünlük verdikləri halda bir sıra treyderlər daha uzunmüddətli strategiyalarla uğurlu olmağa çalışırlar.