Treyder Konkursunda Yenilik!


http://konkurs.foreks.az

dünya treyderləri arasında ən müasir yarışma məkanı!

10 illik uğurlu fəaliyyəti ilə Maliyyə Bazarına gətirdiyi innovativ yeniliklərlə Forex-AZ, Beynəlxalq Valyuta Birjasında ticarət etmək istəyənlər, Forex ticarəti ilə maraqlananlar və bu sahədə öz bacarıqlarına güvənənlərin də qatıla biləcəyi Treyder Konkursları təşkil etməkdədir.

Şirkətin bu günə qədər keçirdiyi 48 Treyder Konkurslarında dünyanın dörd bir yanından yarışmaya qatılan iştirakçılar gerçək ticarət şərtləri ilə onlara verilən virtual hesablarını artırmağa çalışmış, mükafat uğrunda yarışmışdırlar.

Forex-AZ şirkətinin treyderlərin Valyuta Birjasında sərbəst ticarət fəaliyyətlərinə başlamaları üçün yaradılmış Treyder Konkursu, artıq yeni mərhələyə qədəm qoymuşdur. İndi konkurs sadəcə yarışma hesabının artırılması marafonu deyil, həm də Forex-AZ şirkətinin treyderlər arasında qurduğu sosial şəbəkədir!

Treyderlər bu portal vasitəsi ilə sadəcə konkursun baş mükafatı uğrunda yarışma hesabının artırılması üçün yarışmayacaq, eləcə də Treyderlər arasında sosial şəbəkənin üzvü olacaqlar. Bu sosial şəbəkə vasitəsi ilə ticarət strategiyalarının bölüşdürülməsi, bütün dünyadan konkurslara qatılan treyderlərlə ünsiyyət, tək bir konkurs profilindən gələcək yarışmalara qatılmaq, konkurs gündəmini izləmək, keçmiş nəticələri analiz etmək kimi imkanlardan yararlanmaq, doğma dilimizdə Foreks xəbərlərini izləmək mümkün olacaqdır.

Beynəlxalq Maliyyə Bazarları ilə maraqlanan iştirakçıların toplaşdığı bu sosial şəbəkə təcrübəli treyderlərlə ünsiyyət qurmaq, öyrənib-öyrətməklə individual ticarət strategiyalarının qurulmasında mühüm rol oynayacaqdır.

Daim yenilənən xidmət çeşidləri ilə Forex-AZ, xidmət keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin ən yüksək səviyyədə saxlanması uğrunda fəaliyyətində böyük bir sıçrayış daha etmişdir. Şirkətin Beynəlxalq arenada fəaliyyət strategiyasının nəticəsi olaraq yüksək keyfiyyət hədəfləri hər gün daha da yüksəldilməkdədir.

Treyderlərin sosial şəbəkəsi olan konkurs.foreks.az bütün treyderlər və bu sahə ilə maraqlananlar üçün yaradılmışdır. Bununla Forex-AZ şirkətinin bir parçası olan müştəriləri beynəlxalq səviyyədə təqdim edilən xidmətlərdən yararlanmaq imkanına sahib olmaqdadırlar!

konkurs.foreks.az dünya treyderləri arasında ən müasir yarışma məkanı!


Əlavə edildi: 08-12-2010, 12:02:00

A-dan Z-yə Foreks Əlifbası

Foreks və bu birjada uğurlu ticarət sirlərinin ilk dəfə olaraq doğma ana dilimizdə A-dan Z-yə açıqlandığı kitaba Siz də sahib olun! Oxuyun, öyrənin, fürsətləri qazanca çevirin!

Foreks Treyder Yarışması

Bütün dünyadan treyderlərin qatıldığı Foreks yarışmasında Siz də gücünüzü sınayın. Həm təcrübənizi artrın, həm də ticarət hesabı uğrunda yarışın!