Moscow Forex Expo 2010
Forex Expo Moscow 2010
Şirkətimiz 19-20 noyabr tarixlərində Radisson Slavyanskaya Hotelində təşkil olunan 10-cu Beynəlxalq Forex sərgisində iştirak etdi.
Fəaliyyətinin 10 illik yubileyini qeyd edən Forex-AZ, bu il ikinci dəfə qatıldığı FOREX EXPO sərgisində uğurlu çıxışı ilə sərgi iştirakçılarının diqqətini cəlb etməyə nail oldu.
Moskva şəhərində keçirilən FOREX EXPO, sərginin 10 illik yubileyi ilə əlaqədar olaraq yaddaqalan olmuşdur. Dünyanın bir çox yerindən məhşur broker və sərmayə şirkətləri, banklar, dilinq mərkəzləri ilə yanaşı maliyyə sahəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələri də bu sərgidə fəal iştirak edirdilər.
Sərgiyə qatılan məhşur şirkətlər arasında Forex-AZ şirkəti özünəməxsus, tam fərqli stendi ilə çıxış edirdi. Sərgi iştirakçılarının böyük marağına səbəb olan stendimiz Fibonaççi nəzəriyyəsinin əks olunduğu təbiət elementlərindən tərtib olunmuşdu. İki gün davam edən sərgidə iştirakçılara Maliyyə Bazarları üzrə təqdim edilən xidmətlər, Beynəlxalq Valyuta Birjalarında yeni texnologiyalar, gələcək perspektivlər və şirkətin inkişaf strategiyası haqqında ətraflı məlumat verilmişdir.
10-cu Beynəlxalq FOREX EXPO sərgisi şirkətimizin beynəlxalq arenadakı fəaliyyətində yeni səhifə açmışdır. Bu sərgi ilə fəaliyyətimizin genişləndirilməsi istiqamətində yeni üfüqlərə doğru uğurlu addımlar atılmışdır!



