İlin Dilinq-Sərmayə şirkəti
27 mart 2007-ci il tarixində “Gülüstan” sarayında Xəzər İnteqrasiya İşgüzar Klubu tərəfindən təşkil edilən “Caspian Energy Integration Award - 2007” qaliblərinin təntənəli
mükafatlandırma mərasimi keçirilmişdir.
Tədbirdə «Forex-AZ» “Dilinq-Sərmayə şirkəti” nominasiyasında İlin şirkəti seçilmişdir.
Ölkəmizin sosial-iqtisadi həyatında daha aktiv iştirak edən, həmçinin fəaliyyət coğrafiyasını beynəlxalq bazarlara da uğurla inteqrasiya edən qabaqcıl şirkətlərə təqdim edilən bu mükafat «Forex-AZ» şirkətinin uğurlu fəaliyyətinə verilən layiqli qiymətdir.
Ölkəmizdə Maliyyə Bazarlarının Lokomotivinə çevrilmək strategiyasını hədəfləyən şirkətimiz uğurla həyata keçirdiyi yeni biznes fəlsəfəsi, müştəri amilinə verilən yüksək qiymət və professional xidmət sayəsində artıq ənənəvi olaraq bu tip tədbirlərdə yüksək nəaliyyətlər əldə edir.
“Azərbaycanda ən yaxşı korporativ sayt” nominasiyasında ötən il qazanılmış Netty-2006 mükafatı şirkətin internet texnologiyaları sahəsində yüksək inkişaf səviyyəsini və müasir servis imkanlarını nümayiş etdiyi halda, “İlin Dilinq-Sərmayə şirkəti” mükafatı beynəlxalq valyuta ticarəti və investisiya idarəçiliyində əldə edilmiş uğurları təcəssüm etdirir.
Mükafatlandırılma mərasimi ilə 08.04.2007 tarixində, saat 16:25-də “Space” kanalında tanış ola bilərsiniz.


