FOREX-AZ ŞİRKƏTİNİN 10 YAŞI OLDU!


Maliyyə Bazarlarında uğurlu fəaliyyətimizin 1O-cu ilini təntənəli mərasimlə qeyd etdik.

Fəaliyyətimizin 10 illik yubileyini 10.10.2010 tarixində Park İNN hotelində müştərilərimizin də qatıldığı mərasimlə qeyd etdik. Təntənəli yubiley mərasimdə Forex-AZ şirkətinin prezidenti və şirkətin əməkdaşları da iştirak edirdilər.



Tədbirdə şirkətin prezidentinin çıxışından sonra Forex-AZ şirkətinin yaradılışından bu günə qədər olan tarixçəsinin əks olunduğu qısa video-sujet təqdim edildi. Təqdimatdan sonra mərasimə qatılan müştərilərə təhsil kursları, mobil telefon və noutbukdan ibarət olan hədiyyələr təqdim edildi. Mərasim 10 il tortunun kəsilməsi və kollektiv şəkillərin çəkdirilməsindən sonra yekunlaşdırıldı.

Forex-AZ, 10-cu yaşının qürurunu yaşayır və hər il daha da inkişaf etməyə davam edir. Şirkət müştəri məmnuniyyətini əsas alan xidmətləri ilə müştəri etimadını qazanmış, inkişaf strategiyasını bu etimad əsasında qurmuşdur.

Fəaliyyətdə olduğu 10 il ərzində Maliyyə Bazarlarına gətirdiyi yeniliklər və professional xidmətləri sayəsində bir çox mükafata layiq görüldük.

 
    Video təqdimat üçün tıklayın.

Gələcək 10 il ərzində eyni uğurların artırılaraq davam etdirilməsi Forex-AZ şirkətinin ən böyük hədəfidir. Etimad və stabilliyin təmsilcisi olmağa davam edəcəyik!


Əlavə edildi: 08-12-2010, 11:40:00

A-dan Z-yə Foreks Əlifbası

Foreks və bu birjada uğurlu ticarət sirlərinin ilk dəfə olaraq doğma ana dilimizdə A-dan Z-yə açıqlandığı kitaba Siz də sahib olun! Oxuyun, öyrənin, fürsətləri qazanca çevirin!

Foreks Treyder Yarışması

Bütün dünyadan treyderlərin qatıldığı Foreks yarışmasında Siz də gücünüzü sınayın. Həm təcrübənizi artrın, həm də ticarət hesabı uğrunda yarışın!