Forex-AZ şirkəti MOSCOW FOREX EXPO sərgisində iştirak edəcək!
Şirkətimiz Dünya Foreks Sərgilərinin ən mühümlərindən biri olan MOSCOW FOREX EXPO-da iştirak edəcəkdir.


10 illik uğurlu fəaliyyətiylə Forex-AZ, Maliyyə sahəsində lider olan qlobal şirkətə çevrilmək hədəfi uğrunda uğurla addımlamaqdadır.
Beynəlxalq arenada fəaliyyətimizin davamı olaraq biz, MOSCOW FOREX EXPO 2010-da iştirak edəcəyik. Böyük ənənəyə malik bu sərgiyə bütün dünyadan məşhur Foreks şirkətləri qatılacaqdır. Sayca 9-cu olan sərgidə Forex-AZ, "Fərqli Gəlir" fəlsəfəsini sərgi iştirakçılarına təqdim edəcəkdir.Qatılmış olduğu sərgilərdə:
- Bakutel 2005: 11-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi
- Bakutel 2006: 12-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi
- Banking and Finance Caucasus Conference 2006 : 1-ci Qafqaz Beynəlxalq Bankçılıq və Maliyyə sərgi-konfransı
- Bakutel 2007: 13-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi
- Bakutel 2008: 14-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi

möhtəşəm stendləri və Fərqli Fəaliyyət fəlsəfəsi ilə iştirakçıların diqqət mərkəzində olan Forex-AZ, bu ənənəsini davam etdirməyi planlamaqdadır.
Aprelin 23-ü və 24-ü keçiriləcək MOSCOW FOREX EXPO 2010 -da bizim stendi izləməyə dəvətlisiniz!
Əlavə edildi: 14-04-2010, 15:54:00


