Forex-AZ şirkəti 9-cu Moscow Forex EXPO-ya qatıldı!
Forex-AZ şirkəti 23-24 aprel 2010 tarixləri arasında
Moskva şəhərində təşkil edilən Moscow Forex EXPO 2010
sərgisində uğurla iştirak etdi.
Moskva şəhərində təşkil edilən Moscow Forex EXPO 2010
sərgisində uğurla iştirak etdi.

Dünya Foreks Sərgiləri içərisində özünəməxsus populyarlığı ilə fərqlənən bu sərgi Forex-AZ şirkətinin ölkə hüdudlarımızdan kənarda fəaliyyətində yeni bir addım olmuşdur.
Dünyanın 100-dən artıq nüfuzlu broker və dilinq şirkətlərinin qatıldığı sərgidə şirkətinin stendi ziyarətçilərin böyük marağına səbəb olmuşdur.
Təqdim etdiyi hər bir xidmətdə fərqli fəaliyyət fəlsəfəsi ilə seçilən şirkətimiz zəngin xidmət məhsulları, rəqabət qabiliyyətli ticarət şərtləri, professional tədris imkanları və nəfis tərtibatlı kataloq və elektron tanıtımları ilə ziyarətçilərin diqqətini cəlb etmişdir.
Beynəlxalq maliyyə dünyasının yaxın keçmişdə yaşadığı iqtisadi böhran hazırda investorların daha optimal sərmayə yatırımı imkanları axtarmalarına stimul yaradır.
Bu mənada sərgiyə qatılan şirkətlər kapitalın idarə olunması sahəsində ən müasir və yüksək gəlirli metodlardan sayılan beynəlxalq birja ticarətində əldə edilən son nəaliyyətləri nümayiş etdirmişlər.
Bu mənada sərgiyə qatılan şirkətlər kapitalın idarə olunması sahəsində ən müasir və yüksək gəlirli metodlardan sayılan beynəlxalq birja ticarətində əldə edilən son nəaliyyətləri nümayiş etdirmişlər.
Forex-AZ şirkətinin dünya maliyyə bazarları üzrə yaratdığı fərqli gəlir imkanları isə sərgi ziyarətçiləri tərəfindən xüsusi maraqla qarşılanmışdır.
Moscow Forex EXPO 2010 sərgisi Forex-AZ brendinin beynəlxalq arenada tanıtımında yeni bir təcrübə olmuş və şirkətimizin birja ticarəti üzrə dünya miqyasında yüksək rəqabət qabiliyyətinə malik xidmət potensialını üzə çıxarmışdır.
Əlavə edildi: 06-05-2010, 12:40:00





