46-cı konkursun 2-ci həftəsi
Budur, artıq 46-cı konkursun 2-ci həftəsini də geridə qoyduq. Ötən həftənin nəticələri ilə birlikdə tanış olaq:
| Login | Ad, Soyad | Balans | Hesab tarixi |
| 142247 | Abdelsatar Abdelkarim | $ 59104.18 | statement |
| 145818 | Kərimova Yuliya | $ 50728.50 | statement |
| 144966 | Emin Vəliyev | $ 25548.50 | statement |
| 145489 | İlham Əliyev | $ 25063.64 | statement |
| 146214 | Ömer Durak | $ 21288.23 | statement |
| 142535 | Kamran Ələkbərli | $ 19619.38 | statement |
| 145655 | İbrahim Özkan | $ 14004.14 | statement |
| 145916 | Minarə Babayeva | $ 11987.96 | statement |
| 146075 | Eyyub Qəhrəmanov | $ 11910.61 | statement |
| 142281 | Elşən Hacıyev | $ 11119.20 | statement |
Qeyd: Statement düyməsinə basaraq Siz, müsabiqə liderlərinin ticarət fəaliyyəti ilə daha yaxından tanış ola bilərsiniz. Bununla Siz şəxsi ticarət nəticələrinizi müsabiqə liderlərinin nəticələri ilə müqayisə edə və yanlışlıqlarınızı aşkara çıxara bilərsiniz.
Müsabiqəmizin ilk həftəsində lider mövqeyində qərarlaşmış Səbuhi Ələsgərov 2-ci həftə öz mövqeyini yalnız 2 gün qoruyub saxlaya bildi. Həftənin növbəti günləri liderlik uğrunda müsabiqəmizin 2 iştirakçısı - Yuliya Kərimova və Misirdən olan iştirakçımız Abdelsatar Abdelkarim mübarizə aparmışlar və nəticədə 2-ci həftənin lideri Abdelsatar Abdelkarim olmuşdur. Onun hal-hazırda göstərdiyi nəticə uğurlu olsa da və növbəti həftələrdə o, bu uğurunu qoruyub saxlaya bilsə də, müsabiqəmizin şərtlərinə görə onun nəticələri nəzərə alınmayacaq.
Qeyd etmək istərdik ki, ilk onluğumuzda Türkiyədən olan 2 iştirakçımız -Ömer Durak və İbrahim Özkan da yer almışlar. Son dövrlərdə müsabiqəmizə nəinki Türkiyədən, eləcə də dünyanın müxtəlif ölkələrindən marağın artması bizim üçün çox sevindirici haldır.
«Forex-AZ» şirkəti milliyətindən asılı olmayaraq müsabiqənin hər bir iştirakçısına uğurlar arzu edir!

