45-ci Treyder konkursun 1-ci və 2-ci həftəsinin nəticələrini
Hörmətli müsabiqə iştirakçıları! Bəzi texniki səbəblər üzündən 45-ci konkursun ilk həftəsinin nəticələri dərc olunmamışdır. Bu səbəbdən də aşağıda qeyd olunan göstəricilər müsabiqənin 1-ci və 2-ci həftəsinin yekun nəticələrini özündə əks etdirir.
Gəlin birlikdə müsabiqəmizin ilk onluğuna daxil olan iştirakçılarımızla tanış olaq:
| Login | Ad, Soyad | Balans | Hesab tarixi |
| 140301 | Tahir Korkmaz | $ 84134.45 | statement |
| 137163 | Fuad Əhmədov | $ 66103.16 | statement |
| 140577 | Rəşad Mustafayev | $ 50182.60 | statement |
| 138394 | Tamirlan Qurbanov | $ 36129.85 | statement |
| 140651 | Rüfət Səmədov | $ 35718.46 | statement |
| 139866 | Natalya Tsiplyakova | $ 35549.08 | statement |
| 138432 | Vüqar Nəzərov | $ 35084.98 | statement |
| 139736 | Elkin Şıxəliyev | $ 33149.61 | statement |
| 138600 | Halit Bakırtaş | $ 30795.66 | statement |
| 139735 | Halil Genc | $ 29830.55 | statement |
Qeyd: Statement düyməsinə basaraq Siz, müsabiqə liderlərinin ticarət fəaliyyəti ilə daha yaxından tanış ola bilərsiniz. Bununla Siz şəxsi ticarət nəticələrinizi müsabiqə liderlərinin nəticələri ilə müqayisə edə və yanlışlıqlarınızı aşkara çıxara bilərsiniz.
Geridə qoyduğumuz həftələr avro, neft kimi maliyyə alətləri ilə bağlı kəskin dəyişkənlik hallarının baş verməsi Dünya maliyyə bazarlarında aktivliyin artması ilə müşahidə olunurdu. Bu aktivlikdən bizim müsabiqə iştirakçılıarımız səmərəli istifadə edərək yüksək nəticələr göstərə bilmişlər.
Bir neçə gün ardıcıl olaraq Türkiyədən olan müsabiqə iştirakçımız Tahir Korkmaz ilk onluğa liderlik edərək öz mövqeyində qəti şəkildə qərarlaşmışdır. Ondan fərqli olaraq, digər iki lider mövqe uğrunda gərgin mübarizə getmişdir ki, nəticədə bu mövqe sahibləri həftə ərzində daim dəyişmişlər. Beləliklə də, 2 həftə yekunu etibarilə onluğun 2-cisi Fuad Kərimov, 3-cüsü isə Rəşad Mustafayev olmuşdur. Lakin qeyd etmək istərdik ki, müsabiqənin bitməsinə hələ 2 həftə var və yuxarıda qeyd olunan mövqe sahibləri istənilən an dəyişə bilər. Bu səbəbdən də, digər müsabiqə iştirakçılarımıza məyus olmamalarını və qaliblik uğrunda mübarizələrini uğurla davam etdirmələrini diləyirik.

