45-ci Trader konkursunun qalibləri
Hörmətli müsabiqə iştirakçıları! Artıq 45-ci konkursun son həftəsini geridə qoyduq və bununla da, növbəti müsabiqəni uğurla yekunlaşdırmış olduq. Beləliklə, 45-ci Konkursun son nəticələri ilə birlikdə tanış olaq:
| Login | Ad, Soyad | Balans | Hesab tarixi |
| 140301 | Tahir Korkmaz | $ 234650.10 | statement |
| 137163 | Fuad Əhmədov | $ 143815.99 | statement |
| 138432 | Vüqar Nəzərov | $ 67835.99 | statement |
| 139049 | Yusaini Bin Shamsudin | $ 51529.96 | statement |
| 137937 | Mübariz Məmmədhüseynov | $ 45625.78 | statement |
| 140881 | Mohammad Asif | $ 43374.57 | statement |
| 139735 | Halil Genc | $ 40945.98 | statement |
| 139131 | Rəşad Qafarov | $ 30099.86 | statement |
| 140360 | Anar Qəhrəmanov | $ 29294.36 | statement |
| 138337 | Jephter Ojetade | $ 28705.20 | statement |
Qeyd: Statement düyməsinə basaraq Siz, müsabiqə liderlərinin ticarət fəaliyyəti ilə daha yaxından tanış ola bilərsiniz. Bununla Siz şəxsi ticarət nəticələrinizi müsabiqə liderlərinin nəticələri ilə müqayisə edə və yanlışlıqlarınızı aşkara çıxara bilərsiniz.
Nəticələrdən göründüyü kimi bu müsabiqəmizin lideri və baş mükafatın sahibi ardıcıl olaraq 3 həftə liderliyi əldən buraxmayan Türkiyədən müsabiqəyə qatılan iştirakçımız Tahir Kormaz oldu.
Dəfələrlə qeyd etməmizə baxmayaraq, bəzi iştirakçılarımız yenə də müsabiqə şərtlərinə əməl etməmişlər. Bu müsabiqədə də onluqda yer almış 3 iştirakçımız- Vüqar Nəzərov, Jephter Ojetade və Yusaini Bin Shamsudin müsabiqənin son günü açıq əməliyyatlarını bağlamamışlar. Bu səbəbdən də onların əldə etdiyi nəticələr ləğv olunmuş sayılır.
Qeyd olunanlara əsaslanaraq nəticə etibarilə, müsabiqəmizdə 2-ci yerdə Fuad Əhmədov, 3-cü yerdə isə Mübariz Məmmədhüseynov qərarlaşmışlar.
Hər üç qalibimizi əldə etdikləri uğurlu nəticələr münasibəti ilə təbrik edirik.
Nəzərinizə çatdırmaq istərdik ki, növbəti 46-cı Konkursa 28.06.2010 tarixində start veriləcək. Müsabiqədə iştirak etmək istəyən hər kəs Qeydiyyat formasını dolduraraq yarışma iştirakçısı ola bilər.











