Foreks ticarət platformaları
Təqdim etdiyimiz ticarət platformaları sayəsində hər bir müştərimiz Dünya Maliyyə Bazarlarına birbaşa qatılaraq müxtəlif maliyyə alətlərində sərbəst ticarət edə bilər.
Ticarət platformalarımız dünya birjalarındakı qiymət dəyişikliklərini canlı izləyərək və professional şəkildə analiz edərək ticarət hesabını effektiv idarə etməyə imkan yaradır. Təqdim etdiyimiz ticarət platformalarını birbaşa saytımızdan pulsuz yükləyə bilər və dünya birjalarında sərbəst ticarətə dərhal başlaya bilərsiniz.
Trader FX4
Forex-AZ şirkəti Foreks birjasında ticarət edən müştərilərinə bu sahədə ən mükəmməl ticarət platformalarından olan Trader FX4 platformasını təqdim edir.
Ticarət platformasını kompyuterinizə pulsuz yükləyə bilər və Foreksdə birbaşa kompyuteriniz üzərindən valyutalar, qızıl, gümüş və s. kimi 50-dən artıq maliyyə aləti ilə ticarətə dərhal başaya bilərsiniz.
Ticarət platformasını kompyuterinizə qurduqdan sonra ilk istifadə zamanı təklif olunan demo hesab açma seçimi sayəsində Trader FX4 fərqiylə daha yaxından tanış ola bilərsiniz.
Ticarət platforması vasitəsilə Foreksdə ticarətin nə cür həyata keçirildiyini öyrənin
Web Trader
İnternet bağlantınız olan hər məkanda Foreksə sərbəst qatılın!
Web Trader şəxsi kompyuter və ya mobil telefonunuza heç bir proqram yükləmədən, birbaşa internet səhifəsi üzərindən Foreksdə iştirakınızı təmin edən mükəmməl ticarət platformasıdır..
Canlı məzənnələr, bütün növ ticarət və gözləmə sərəncamları, ətraflı hesab tarixçəsi, birbaşa hesab idarəçiliyi, professional analiz vasitələri, qaynar xəbərlər - ticarət platformasının bütün ticarət üstünlüklərindən birbaşa internet üzərindən faydalana bilərsiniz.
iTrendoks iPhone Trader
Bü gün iPhone bütün dünyada milyonla insan tərəfindən istifadə edilən ən məşhur mobil telefonlardan biridir.
Trendoks şirkəti iPhone telefonunuz vasiltəsilə Sizə dünya maliyyə bazarlarına birbaşa çıxış imkanı təmin edən iTrendoks iPhone Trader mobil platformasını təqdim edir.
iTrendoks iPhone Trader aşağıdakı imkanlara malikdir:
- Canlı məzənnələr və qrafiklər; ticarət və hesaba birbaşa nəzarət; əməliyyat tarixçəsinə nəzarət imkanı.
- Ticarət əməliyyatlarının dərhal icrası; gözləmə sərəncamlarının yerləşdirilməsi, dəyişdirilməsi və silinməsi; BuyStop, SellStop, BuyLimit, SellLimit, StopLoss və TakeProfit.
- Qiymət dəyişikliklərini bir neçə növ qrafik üzrə izləmə imkanı.
- Texniki indikatorlar, qrafik alətlər, trend xətləri, Fibonaççi səviyyələri və s.
- Açıq ticarət əməliyyatlarına nəzarət.
- Ticarət nəticələri ilə bağlı hesabatlar.
iTrendoks iPhone Trader platformasını Apple App Store vasiltəsinə telefonunuza yükləyə bilərsiniz.
Windows Mobile
Foreksə mobil telefonunuzdan qatılın, yerləşdiyiniz hər məkanda hesabınızı rahatlıqla idarə edin!
Forex-AZ Foreks ticarətini ovcunuzun içinə qədər gətirdi. Birja ticarətində sərbəstliyiniz artıq öz əlinizdədir. Windows Mobile platformasını mobil telefonunuza yükləyərək Foreksdə ticarət əməliyyatlarınızı ovcunuzun içindən idarə edə bilərsiniz.

Multi Terminal
Birdən çox hesabda ticarət edirsinizsə hər hesabınızı ayrı platformada izləməyə ehtiyac yoxdur. Artıq bütün hesablarınızı tək ekranda idarə edə bilərsiniz.
Multi Terminal istənilən sayda ticarət hesabını tək ekran görüntüsündə idarə etməyə, qiymət dəyişikliklərini canlı izləməyə və bütün hesablardakı əməliyyat tarixçəsini ətraflı izləməyə imkan verir.
iTrendoks Blackberry Trader
Blackberry dünyada milyonlarla insan tərəfinən istifadə olunan ən məşhur smartfonlardan biridir.
Trendoks Blackberry smartfonunuz vasitəsilə dünya maliyyə bazarlarında birbaşa iştirakınızı təmin edəcək iTrendoks Blackberry mobil platformasını Sizlərə təqdim edir.
iTrendoks Blackberry TrendoksTrader FX4 ticarət platformasına tam şəkildə inteqrasiya olunmuşdur və aşağıdakı üstünlüklərə malikdir:
- Canlı məzənnələr və qrafiklər; ticarət və hesaba birbaşa nəzarət; əməliyyat tarixçəsinə nəzarət imkanı.
- Ticarət əməliyyatlarının dərhal icrası; gözləmə sərəncamlarının yerləşdirilməsi, dəyişdirilməsi və silinməsi; BuyStop, SellStop, BuyLimit, SellLimit, StopLoss və TakeProfit.
- Qiymət dəyişikliklərini bir neçə növ qrafik üzrə izləmə imkanı.
- Texniki indikatorlar, qrafik alətlər, trend xətləri, Fibonaççi səviyyələri və s.
- Açıq ticarət əməliyyatlarına nəzarət.
- Ticarət nəticələri ilə bağlı hesabatlar.
Blackberry smartfonunuza iTrendoks Blackberry platformasını yükləyin və yuxarıda sadalanan üstünlüklərlə əyani şəkildə tanış olun.
Sistemə qarşı tələblər:
- Smartfon 8530 – 9930 modelləri və ya daha yüksək versiyalar;
- BlackBerry OS 5.0.0 və ya daha yüksək versiya;
- 3G və ya Wi-Fi vasitəsilə İnternet bağlantısı. (BIS və BES vasiltəsilə bağlantı dəstəklənmir)
RIM Desktop Manager vasitəsilə kompüterindən telefonuna yüklə.
Birbaşa Blackberry telefonuna yüklə.
iTrendoks Android trader
Android hazırda ən məşhur mobil əməliyyat sistemlərindən biridir və bütün dünya milyonlarla insanlar tərəfindən istifadə edilir.
Trendoks şirkəti Android əməliyyat sistemində çalışan iTrendoks mobil ticarət platformasını Sizlərə təqdim edir. Bu platforma vasitəsilə mobil telefonunuzdan dünya maliyyə bazarlarına birbaşa qatıla bilərsiniz.
iTrendoks TrendoksTrader FX4 ticarət platformasına tam şəkildə inteqrasiya olunmuşdur və aşağıdakı üstünlüklərə malikdir:
- Canlı məzənnələr və qrafiklər; ticarət və hesaba birbaşa nəzarət; əməliyyat tarixçəsinə nəzarət imkanı.
- Ticarət əməliyyatlarının dərhal icrası; gözləmə sərəncamlarının yerləşdirilməsi, dəyişdirilməsi və silinməsi; BuyStop, SellStop, BuyLimit, SellLimit, StopLoss və TakeProfit.
- Qiymət dəyişikliklərini bir neçə növ qrafik üzrə izləmə imkanı
- Texniki indikatorlar, qrafik alətlər, trend xətləri, Fibonaççi səviyyələri və s.
- Açıq ticarət əməliyyatlarına nəzarət.
- Ticarət nəticələri ilə bağlı hesabatlar.
iTrendoks platformasını Android əməliyyat sistemili mobil telefonunuza yükləyin və qeyd olunan üstünlüklərlə əyani tanış olun.
Sistemə qarşı tələblər:
- Android OS 2.1 və daha yüksək versiya;
- 3G və ya Wi-Fi vasitəsilə İnternet bağlantısı.

Dünya birjalarında professional ticarətə Siz də başlayın!
Trader FX5-lə dünya maliyyə bazarlarında ticarət etmək daha professional, dəyişiklikləri analiz etmək daha asan, sərmayəni idarə etmək isə daha effektivdir. Forekslə yanaşı Əmtəə, Səhm, Fyuçers bazarlarına da çıxış imkanı təmin edən Trader FX5 müasir ticarət vasitələri üçün bütün üstün xüsusiyyətləri bir platformada cəmləşdirir.
"Bütün vasitələr bir platformada" konsepsiyası ilə hazırlanmış Trader FX5 birja iştirakçılarına rahat və professional şəkildə ticarət edə bilmək üçün ən müasir imkanları təmin edir. Standart funksiyaların daha effektiv tətbiqi ilə yanaşı Trader FX5 platformasında fundamental və texniki analiz nəticələrinizi uzlaşdıra da bilərsiniz. Həftəlik xəbər təqvimi ilə birbaşa plarformda tanış ola bilər, həmçinin dərc edilmə ardıcıllığına görə vacib fundamental xəbərləri qrafik ekranda da izləyə bilərsiniz. Beləliklə Trader FX5 texniki faktorlarla yanaşı fundamental faktorların da qiymətlərə təsirini daha effektiv analiz etmənizə imkan yaradacaqdır.
- Tək kliklə ticarət
- Ətraflı hesabat sistemi
- Zəngin əlavələr bölümü
- Həftəlik xəbər təqvimi
- 70-dən artıq texniki analiz aləti
- 21 zaman periodu
- 17 görüntü stili
Hazırda Trader FX5 ticarət platformasında yalnız Demo hesablarınızla ticarət edə bilərsiniz. Yaxın gələcəkdə bu platformada Real Ticarət Hesablarınızla da ticarət etməniz mümkün olacaqdır.
Trader FX5 Sizə dünya maliyyə bazarlarında professional ticarətin zövqünü yaşadacaqdır.
Platformanı kompüterinizə yükləyərək və Demo hesab açaraq Trader FX5-in üstünlükləri ilə real zamanda tanış ola bilərsiniz.


















