Foreks terminalogiyası
A
- Arbitraj (arbitrage): müxtəlif valyuta cütləri arasındakı mütənasib olmayan... qiymət fərqindən gəlir qazanmaq məqsədilə həyata keçirilən ticarət əməliyyatıdır.
- Artım (buğa) tendensiyası (bull market) : Artım (buğa) tendensiyası (bull... market) – Qiymətlərin artması ilə xarakterizə olunan bazar.
- Avro (euro) : Avro (euro) – ECU-nu (European Currency Unit) əvəz etmiş... Avropa Birliyi ölkələrinin ümumi valyuta vahididir.
- Avropa Valyuta Birliyi (European Monetary Union - EMU): Avropa Birliyinə... daxil olan ölkələrin vahid pul sisteminin yaradılması məqsədilə formalaşdırılmış maliyyə qurumudur. 1999-cu ildən etibarən bu birliyə daxil olan ölkələr üçün vahid valyuta hesab edilən avronun dövriyyəyə çıxarılmasının birinci mərhələsi başlanmışdı. Hazırda avro Avropa Birliyi ölkələrinin tam hüquqlu ödəniş vasitəsidir.
- Avropa Mərkəzi Bankı (European Central Bank, ECB) : Avropa Mərkəzi Bankı... (European Central Bank, ECB) – Avropa Valyuta Birliyinin mərkəzi bankıdır.
- ABŞ əsas faiz dərəcəsi (US prime rate): ABŞ əsas faiz dərəcəsi (US prime... rate) – Amerikan bankları tərəfindən müştərilərlə əməliyyatlarda tətbiq edilən faiz dərəcəsidir.
- Açıq əməliyyat (open position) : Açıq əməliyyat (open position)... – müvafiq həcmdə əks əməliyyatla əvəzləşdirilməyən və realizə olunmamış mənfəət və ya zərərə malik olan açıq ticarət əməliyyatıdır.
- Artım (uptick) : Artım (uptick) - əvvəlki qiymətdən daha yüksək... qiymətlə ifadə olunmuş kotirovkadır.
- Artış (rally): qiymətlərin artmasıdır....
B
- Böyük Səkkizlər (G8): Böyük Səkkizlər (G8) - səkkiz qabaqcıl sənaye ölkələri... birliyidir: ABŞ, Almaniya, Yaponiya, Fransa, Rusiya, Böyük Britaniya və İtaliya.
- Broker (broker) : Broker (broker) – birjada alıcılarla satıcılar... arasında vasitəçi rolunda çıxış edən fiziki və ya hüquqi şəxsdir.
- Bretton Vuds razılaşması (1944-cü il) (Bretton Woods Agreement) : Bretton... Vuds razsılaşması (1944-cü il) (Bretton Woods Agreement) - fiksə edilmiş valyuta kurslarının yaradılması, valyuta bazarlarında mərkəzi bankların intervensiya imkanlarının yaradılması və ABŞ dolları dəyərinin 1 unsiya qızıl – 35 dollar nisbətində qızıla sərt qaydada bağlanılması barəsində razılaşmadır. Bu razılaşma 1971-ci ilədək qüvvədə qalmış, sonradan isə prezident Nikson tərəfindən ləğv edilərək dalğalanan valyuta paritetləri sisteminə keçilmişdir.
- Bundesbank (Bundesbank, Buba) : Bundesbank (Bundesbank, Buba) –... Almaniya Mərkəzi Bankı.
- Birjadankənar bazar (over the counter - OTC) : Birjadankənar bazar (over the... counter - OTC) – bu termin birjadan kənar bağlanılan bütün ticarət xarakterli sövdələşmələri özündə əks etdirir.
- Bağlanmış əməliyyat (closed position, squared position) : Bağlanmış... əməliyyat (closed position, squared position) – qiymət dəyişikliklərinə həssas olmayan sövdələşmədir. Əməliyyatın bağlanması əks istiqamətdə ticarət sövdələşməsinin icrasıdır. Əməliyyatın bağlanılması açıq əməliyyatı kompensasiya edəcək şəkildə valyutanın əks istiqamətdə alınması və ya satılmasıdır.
D
- Dəyişən Marja (variation margin) : Dəyişən Marja (variation margin) –... brokerin tələbi əsasında müştərinin Ticarət Heseabına əlavə edəcəyi vəsait məbləğini əks etdirir. Bu termin bir qayda olaraq bazarda qiymətlərin arzuolunmaz istiqamətdə dəyişməsi nəticəsində müştəri tərəfindən Ticarət Hesabına əlavə vəsaitlərin daxil edilməsinə şamil edilir.
- Devalvasiya (devaluation) : mübadilə dəyərinin azaldılması məqsədilə... valyutanın süni şəkildə ucuzlaşdırılmasıdır. Bu tədbir bir qayda olaraq dövlət maliyyə orqanları tərəfindən həyata keçirilir.
- Defisit (deficit) : Defisit (deficit) – mənfi ticarət və ödəniş... balansı.
- Diapazon (range): Diapazon (range) – ticarət sesiyası ərzində... müəyyən maliyyə aləti üzrə ən yüksək və ən kiçik qiymət arasındakı fərq.
- Diler (dealer) : Diler (dealer) – ticarət sövdələşməsində ikinci... tərəf və ya prinsipial tərəf rolunda çıxış edən fiziki və ya hüquqi şəxsdir. Diler ticarət sövdələşməsində ikinci tərəfin adından çıxış edir və mübadilə qiymətləri arasındakı fərqdən (spred) mənfəət əldə etməyə çalışır.
- Dalğalanma (volatility): Dalğalanma (volatility) – müəyyən zaman... anında valyutanın qiymət dəyişikliyini müəyyən edən statistik ölçüdür.
- Düzəliş (adjustment): Düzəliş (adjustment) – dövlət... orqanları tərəfindən ödəniş balansı kəsirinin aradan qaldırılması və ya rəsmi valyuta kursunun müəyyənləşdirilməsinə yönəldilmiş daxili iqtisadi siyasətin dəyişdirilməsini özündə əks etdirən rəsmi aksiyadır.
- Dövriyyə həcmi (turnover) : Dövriyyə həcmi (turnover) – baxılan... zaman periodu üzrə bütün icra edilmiş əməliyyatların pul ifadəsində ümumi dəyərini əks etdirir.
Ə
- Əsas valyuta (base currency) : Əsas valyuta (base currency) – Valyuta... cütündə ön mövqedə dayanan valyutadır. Valyuta cütünün qiyməti əsas valyutanın ikinci mövqedəki valyutada ifadə olunmuş qiymətini əks etdirir. Məsələn; USD/CHF 1,6215 kotirovkası Forex bazarında hər bir ABŞ dollarının 1.6215 İsveçrə frankına bərabər olduğunu göstərir. ABŞ dolları – Forex bazarında iştirak edən əsas valyutadır, bununla əlaqədar olaraq əksər valyuta cütlərində əsas valyuta kimi çıxış edir. Başqa sözlə, kotirovkalar ABŞ dollarının valyuta cütünün ikinci mövqeyindəki valyutada ifadə olunmuş qiymətini göstərir. Bu qanunauyğunluqdan sadəcə 3 kənarlaşma mövcuddur – Britaniya funt Sterlinqi (GBP), Avstraliya dolları (AUD) və Avro (EUR).
- Əks valyuta (counter currency) : valyuta cütündə ikinci mövqedə yerləşən... valyutadır.
- Əks əməliyyat (offsetting transaction) : Əks əməliyyat (offsetting... transaction) – açıq əməliyyat üzrə bazar riskini qismən və ya tamamilə azaltmaq məqsədi ilə icra edilən ticarət əməliyyatı.
- Əks ticarət (round trip) : Əks ticarət (round trip) – müəyyən... valyuta həcminin eyni zamanda alınması və satılmasıdır.
- Əlavə dəyər (premium) : Əlavə dəyər (premium) – valyuta bazarında... forvard və ya fyuçers qiymətinin spot qiymətdən artıq olduğu fərqdir.
- Əlavə (accrual) : forvard valyuta əməliyyatları üzrə hesablanmış və depozit... svopu ilə birbaşa əlaqəsi olan əlavə ödənişdir.
- Əsas indiqatorlar (leading indicators) : Əsas indiqatorlar (leading... indicators) – iqtisadiyyatın gələcək inkişafını müəyyənləşdirməyə imkan yaradan statistik göstəricilərdir.
- Əməliyyatların növbəti günə keçirilməsi (roll-over): ticarət əməliyyatının... valyutalaşdırılma tarixinin növbəti günə keçirilməsidir. Bu zaman əlavə xərc və ya gəlirlər müvafiq valyuta cütünə daxil olan valyutaların mənsub olduqları ölkələrdəki faiz dərəcələri arasındakı fərqlə müəyyənləşdirilir.
- Ən münasib qiymət üzrə (at best): mümkün olan ən münasib qiymətlə alış və... satış əməliyyatları icra etməsi üçün dilerə göndərilmiş sərəncamdır.
- Əməliyyat tarixi (transaction date): ticarət sövdələşməsinin bağlanıldığı... tarixdir.
G
- Göstərilmiş və ya ən münasib qiymət üzrə (at or better): sərəncamda... göstərilmiş və ya daha münasib qiymətlə alış və satış əməliyyatları icra etməsi üçün dilerə göndərilmiş sərəncamdır.
- Girov vəsaitlər (collateral) : Girov vəsaitlər (collateral) –... öhdəliklərin yerinə yetirilməsi təminatı kimi çıxış edən və girov şəklində saxlanılan vəsait həcmləridir.
- Günlük ticarət sərəncamı (end of day order - EOD): ticarət gününün sonunadək... icra olunan alış və ya satış sərəncamıdır.
- Gün ərzində əməliyyat icra edən treyder (day trader): birja sesiyası ərzində... ticarət əməliyyatları icra edən və açıq ticarət əməliyyatlarını növbəti sesiyalara keçirməyən spekulyantdır.
İ
- İlk daxil olmuş, ilk icra olunan (First In First Out - FIFO): açıq... əməliyyatların ardıcıl qaydada bağlanılmasıdır. Bu zaman bütün açıq əməliyyatlar açılma ardıcıllığı üzrə bağlanılır.
- İlkin marja (initial margin): ticarət əməliyyatının açılması üçün tələb... edilən ilkin məbləğdir. Bu məbləğ öhdəliklərin icrası üçün təminat rolunda çıxış edir.
- İnflyasiya (inflation): iqtisadiyyatın elə vəziyyətidir ki, bu zaman... istehlak məhsullarının qiyməti artır, istehlakçıların alıcılıq qabiliyyəti isə azalır.
- İntervensiya (intervention): valyuta kursunun dəyişdirilməsi məqsədilə... Mərkəzi Bankın valyuta bazarlarında aktiv fəaliyyətidir. Razılaşdırılmış intervensiya – valyuta kurslarını korrektə etmək məqsədilə bir neçə Mərkəzi Bankın birgə fəaliyyətidir.
K
- Kivi (Kiwi): Yeni Zellandiya dolllarının jarqon adıdır....
- Kivi (Kiwi) : Kivi (Kiwi) – Yeni Zellandiya dolllarının jarqon adıdır....
- Klirinq (clearing): ticarət əməliyyatı üzrə qarşılıqlı hesablaşmaların... yekunlaşdırılmasıdır.
- Kitab (book): professional treyderlərin ifadəsində bu məcazi ad bütün... ticarət əməliyyatlarının müxabirləşdirilməsini ifadə edir.
- Komission ödənişlər (commission) : Komission ödənişlər (commission)... – broker tərəfindən ticarət əməliyyatının icrası müqabilində tələb edilən ödənişlərdir.
- Kontrakt (contract) : ticarət əməliyyatının standart həcmidir....
- Kotirovka (quote) : bazar qiyməti əks olunmuş valyuta cütləridir....
- Kredit çiyni (leverage): ticarət əməliyyatını həcm ifadəsində mümkün... həddədək artırılmasıdır.
- Kross-valyuta cütləri və ya kross-kurslar (cross currency pairs or cross rate): ABŞ... dollarının iştirak etmədiyi xarici valyuta cütü üzrə kotirovkadır. Məsələn; EUR/GBP.
- Kurs (rate): bir valyuta vahidinin digər valyuta vahidində ifadə olunmuş... qiymətidir. Bir qayda olaraq ticarət sövdələşməsinin icrası zamanı istifadə olunur.
- Köhnəlmə (depreciation) : bazardakı mövcud durumun təsiri nəticəsində... valyutalarda yaranmış dəyər itkisidir.
L
- Lot (lot): ticarət sövdələşməsi həcmini xarakterizə edən minimum ölçü... vahididir. Ticarət həcmi hər zaman tam lot ölçüsü ilə xarakterizə edilir.
- Likvidlik (liquidity): bazarın xarakteristikasıdır. Likvid bazarlarda qiymət... dəyişikliyinə hissolunacaq səviyyədə təsir etmədən istənilən həcmdə ticarət əməliyyatının icrası mümkündür.
- Likvidləşdirmək (liquidation): mövcud ticarət əməliyyatının əks əməliyyat... vasitəsilə bağlanılmasıdır.
M
- Marja (margin): investor tərəfindən yerləşdirilən və ticarət əməliyyatının... açılması məqsədilə tələb edilən ilkin vəsait həcmidir.
- Market-meyker (market maker): ticarət əməliyyatlarının icrası məqsədilə... mütəmadi qaydada hər hansı maliyyə aləti üzrə alış və satış qiymətlərini dərc edən dilerdir.
N
- Növbəti günə keçirilmiş əməliyyatlar (overnight position): növbəti iş... gününədək açıq saxlanılan ticarət əməliyyatlarıdır.
- Net ticarət (net position): əks ticarət əməliyyatı ilə əvəzləşdirilməmiş,... alınmış və ya satılmış valyuta həcmidir.
- Naqil (Cable): funt sterlinq/ABŞ dolları (GBP/USD) kotirovkasının məcazi... adıdır. 19-cu əsrin ortalarında ilk dəfə olaraq funt sterlinq kotirovkası Amerika qitəsinə Transatlantik naqil xətti ilə ötürülməyə başlanmışdır ki, bunun da nəticəsində qeyd olunan məcazi ad yaranmışdır.
Q
- Qısamüddətli əməliyyatların açılması (going short): valyuta və ya maliyyə... alətinin satılmasıdır.
- Qısamüddətli əməliyyat (short position): bazarda qiymətlərin artması ilə... mənfəət həcmi azalan ticarət əməliyyatıdır. Ticarət əməliyyatı bazis valyutasının satılması ilə həyata keçirildikdə qısamüddətli ticarət əməliyyatı kimi təsnifləşdirilir.
T
- Təsdiq (confirmation): ticarət şərtlərinin əks etdirildiyi və tərəflərin... müvafiq şərtlərlə mübadilə sövdələşməsini icra etdiyi sənəddir.
- Ticarət əməliyyatlarının olmaması (square): alınmış və satılmış ticarət... həcmlərinin müvazinətliliyi halıdır ki, bu zaman Ticarət Hesabı üzrə açıq ticarət əməliyyatları mövcud deyildir.
- Ticarət mövqeyi (position): alınmış müəyyən valyuta növünün xalis həcmidir....
U
- Uzunmüddətli əməliyyat (long position): bazarda qiymətlərin artması ilə... mənfəət həcmi artan ticarət əməliyyatıdır. Ticarət əməliyyatı əsas valyutanın alınması ilə həyata keçirildikdə uzunmüddətli əməliyyat kimi təsnifləşdirilir.
- Uzunmüddətli əməliyyatların açılması (going long): investisiya və... spekulyasiya məqsədilə aksiya, əmtəə və ya valyutanın alınmasıdır.
V
- Valyuta cütü (currency pair) : Valyuta cütü (currency pair)... – Forex bazarında kotirovkada iştirak edən iki valyuta. Məsələn; EUR/USD.
- Valyutalaşdırılma tarixi (value date) : Valyutalaşdırılma tarixi (value... date) – maliyyə sövdələşməsi üzrə tərəflərin qarşılıqlı öhdəliklərinin icra edilməsinə razılaşdığı və ya ödənişlərin həyata keçirildiyi tarixdir. Spot valyuta ticarəti əməliyyatlarında valyutalaşdırılma tarixi müvafiq sövdələşmənin icra edildiyi tarixdən sonrakı növbəti iş günüdür.
- Valyuta riski (currency risk) : Valyuta riski (currency risk) –... valyuta kurslarının arzuolunmaz dəyişmə ehtimalıdır.
- Valyuta mübadiləsi (Forex, FX) : Valyuta mübadiləsi (Forex, FX) –... eyni zamanda bir valyuta vahidinin alınması ilə digər valyuta vahidinin satılmasıdır.
- Valyuta (currency) : Valyuta (currency) – dövlət və ya mərkəzi... banklar tərəfindən dövriyyəyə buraxılmış və qanuni ödəniş vasitəsi kimi istifadə edilən pul vasitələrinin hər hansı bir formasıdır.




