Ticarət fəaliyyətini nə cür həyata keçirməli?
Valyuta qiymətlərinin hətta cüzi dəyişikliyindən belə mənfəət qazanmaq mümkündür. Bunun üçün bir qədər səbirli olub, bu bölməni sonadək oxuyun – və Siz bunun nə qədər sadə olduğuna bir daha əmin olacaqsınız!
Forex bazarında ticarət fəaliyyətinin başlıca prinsipi valyuta cütlərinin bir-birinə qarşı alınması və ya satılmasıdır. Üstəlik bu cür ticarət öncədən seçə biləcəyiniz kredit çiyini ilə icra edilir.
Məsələn, ticarətinizi 1:100 kredit çiyini ilə həyata keçirsəniz, şəxsi vəsaitinizdən 100 dəfə artıq həcmdə ticarət edə bilərsiniz.
Maliyyə birjalarında tətbiq olunan bu cür sistem Marjinal Ticarət sistemi olaraq tanınır.
Daha aydın təsəvvür yaranması üçün misala baxaq:
Tutaq ki, hesabınızda 1:100 kredit çiyini seçmişsiniz. Bu zaman istənilən ticarət əməliyyatı həyata keçirmək üçün Sizə tələb edilən vəsaitdən 100 dəfə az məbləğ lazım olacaq.
Məsələn: 1.3100 qiyməti ilə amerikan dollarına qarşı 100 000 avro almaq istəyirsiniz. Adi halda bu əməliyyat üçün Sizə 1.3100*100 000=$131 000 lazım olacaqdı,
lakin 1:100 kredit çiyini sayəsində bu əməliyyat üçün Sizə tələb edilən vəsaitin 1%-i, başqa sözlə $1310 girov məbləğ kifayətdir.
Forexdə necə gəlir əldə etmək olar?
Məsələn: Sizin 5000$ məbləğində hesabınız var.
Təxmin edirsiniz ki, Avronun qiyməti Dollara nəzərən qalxacaqdır.
Bu halda dollara qarşı avro alsanız, bu artımdan mənfəət qazana bilərsiniz.
Forex bazarının əsas aspektləri
Valyuta kotirovkası – bir valyutanın digər valyutada ifadə olunmuş qiymətini əks etdirir (daha sadə ifadə ilə - bir valyutanın digər valyutadan nə qədər baha olduğunu göstərir). Yuxarıdakı misalda EUR/USD cütünün 1.3100 qiyməti avronun dollardan 1.31 dəfə baha olduğunu göstərir.
Broker tərəfindən təqdim edilən sadə kotirovka nümunəsi aşağıdakı şəkildə təsvir edilir:
1.3100/1.3103 – Bid/Ask qiymətləri.
Bid (Bid) — satış qiymətidir (bu qiymətlə valyuta cütünü sata bilərsiniz)
Ask (Аsк) — alış qiymətidir (bu qiymətlə valyuta cütünü ala bilərsiniz)
Spread (Spred) — Bid və Ask qiymətləri arasındakı fərqdir (brokerin maddi maraqlarını ifadə edir – bizim misalda 1.3103 - 1.3100 = 0.0003, 3 punkt (3 pips, 3 points))
Lot — ticarət əməliyyatının həcm ölçüsü.
1 lot — 100 000 baza valyutası (bizim misalda EUR/USD üzrə bu 100 000 EUR)
0.1 lot — 10 000 baza valyutası (bizim misalda EUR/USD üzrə bu 10 000 EUR)
0.5 lot — 50 000 baza valyutası və s.
Point (Punkt, pip) — valyuta qiymətinin minimal dəyişməsi, qiymət addımı.
1 point — 0.01 sent
1 point — $0.0001

