Forex mobil ticarət
Mən harda, Forex orda!
Harda olmağınızdan və kompüterin mövcudluğundan asılı olmayaraq gəlir qazanın!
Mobil ticarət — kompüter və digər qurğulara bağlı olmadan Forex-də iştirak etmək istəyən şəxslər üçün ideal ticarət modelidir. Mobil telefon vasitəsilə valyuta ticarəti — sərbəst fəaliyyətə can atan insanların seçimidir.
Forex Mobile trading (Mobil treydinq, m-trading) — mobil telefon və portativ cib kompüterləri (Personal Digital Assistant) vasitəsilə Ticarət Hesablarının idarə edilməsidir.
Trendoks Trader FX4 Mobile Trading -in üstünlükləri:
1. 30 texniki indikator dəstəyi: Alligator, Bollinger Bands və Iсhimoku Kinko Hyo səs siqnalları. Artıq qiymət dəyişikliklərini müntəzəm izləmək məcburiyyətində deyilsiniz — xüsusi səs siqnalları bazarda baş verən dəyişikliklərlə bağlı Sizi müntəzəm məlumatlandıracaqdır;
2. Treylinq-stoplar. Bu texnologiya stop-loss (Stop Loss, SL) orderlərini müvafiq ticarət əməliyyatınız üzrə mənfəətin artımı istiqamətində, bazar qiymətlərinin ardınca dəyişdirməyə imkan yaradır;
3. VGA-rejimi. Bu rejim cib kompüterinin 640×480 ekran ölçüsündə daha çox informasiya izləməyə imkan yaradır; Mobil telefon interfeysinin dil seçimini dəyişməyə və beləliklə ingilis dilini bilmədən də ticarət terminalının imkanlarından maksimum istifadə etməyə imkan yaradır;
4. Müntəzəm analitik xəbər qəbulu. Dünya maliyyə bazarlarında baş verən ən son hadisələr barəsində məlumatlanmaqla əsaslandırılmış ticarət qərarlarının qəbuluna imkan yaradır.
YÜKLƏMƏLƏR




