Culian Robertson
Məqsəd — dünyanın ən yaxşı 200 şirkətini tapmaq və onlara kapital qoyuluşu edərək səhmlərini almaq, daha sonra dünyanın ən pis 200 şirkətini tapmaq və onların səhmlərini satmaq.
Əgər 200 ən yaxşı şirkət 200 ən pis şirkəti üstələməsə, onda siz, öz gücünüzü başqa sahədə sınasanız yaxşı olar.
Culian Robertson 1933-cü ildə ABŞ-ın cənubunda doğulub. Son 30 il ərzində Robertson İnvestisiya Fondlarının dahisi hesab edilirdi. Sahibi olduğu Tiger Management Corp. fonduna investisiyanın minimal həcmi hər investora $5 milyon təşkil edir. Robertsonun rəhbərliyi ilə 10 il ərzində fondun $8 milyonu $8 milyarda çevrildi (1980-1990). İnvestisiya etmək üçün səhmlərin seçimini Robertsondan yaxşı edən yox idi. Onun şəxsən, Tiger, Jaguar, Puma 1 və Puma II fondları ilə aparılan əməliyyatlardan və bu fondlarda olan hissələrdən əldə etdiyi ümumi illik gəlir $300-dan $400 milyona qədərdir.
Digər tərəfdən, 90-cı illərdən başlayaraq Robertson tez-tez müvəffəqiyyətsizliyə uğramağa başladı. Buna misal olaraq, 1996-cı ildə ABŞ-ın xəzinə istiqraz vərəqələri ilə bağlı sövdələşməsi zamanı o, $200 milyon itirdi. İnternet-şirkətlərin qalmaqalları zamanı düzgün qəbul olunmamış investisiya qərarları nəticəsində Robertson ümumi kapitalı $6 milyondan çox olan və vaxtilə Tiger Management Corp.-a $26 milyard gəlir gətirmiş investisiya şirkətini bağlamalı oldu. 2000-ci ildə NASDAQ-da qiymətlərin aşağı düşməsi ilə yaranan ziyanlar nəticəsində Culian Roberts Tiger fondlarını bağlamalı və Uol-Stritdən getməli oldu.
1980-cı ildə Tiger Fund-a investisiya olunmuş $1, hal- hazırda $1700-dır.




