Con Templton
«Insanlar hər zaman məndən soruşurlar,
ən yaxşı perspektiv haradadır, lakin bu sual düzgün deyil.
Düzgün sual belədir: ən pis perspektiv haradadır?»
Con Templton Tennesi ştatının kiçik bir kəndində doğulub. O, əvvəl Yelski Universitetində, daha sonra Oksford Universitetində təhsil alıb. Onun ilk, ən böyük investisiyası 1939-cu ildə olub, o, 100 dollara bütün birjalarda, qiyməti 1 dollardan aşağı olan bir neçə səhm alır. (bunun üçün pullar borca götürülmüşdü) Bu səhmləri dörd il müddətində saxlayaraq, 40.000 dollar gəlir əldə edir. Bu hadisədən sonra Templton tezliklə öz biznesini satmaq istəyən investisiyalar üzrə bir məsləhətçi tapır və Templton onun biznesini 5000 dollara alır.
50-ci illərdə, qlobal investisiyalaşdırmanın dəb olduğu bir dövrdə, o, bütün dünya üzrə investisiya üçün əlverişli imkanlar axtarır. 60-cı illərin ortalarında “Templeton funds” Yaponiyada bir sıra investisiyalar edir. O vaxtlar Yaponiyada şirkətlərin səhmləri satılarkən qiymət/gəlir əmsalı 4-ə bərabər olduğu halda, Amerika şirkətlərinin səhmləri 16-ya bərabər qiymət/ gəlir əmsalı ilə satılırdı. Templton hesab edirdi ki, investorun əsas məqsədi ucuz qiymətlərin axtarışından ibarətdir. Burada əsas məqsəd risk və mükafatlandırma arasındakı nisbətdir. Riskli beybəlxalq strategiya özünü doğrultdu- 1954-cü ildə Templton tərəfindən investisiya olunmuş 10.000 dollar, 40 ildən sonra 2,3 mly. dollar oldu, bu da illik 17% artım demək idi.
1987-ci ildə Con Templtona zadəgan titulu verildi. “Hesab edirəm ki,əgər mənəvi prinsiplərdən istifadə edilirsə, bütün peşələr daha uğurlu və qənaətbəxş olar” – o deyirdi. Templton fərz edirdi ki, mənəvi axtarış və tərəqqi, elmi tədqiqatlar və tərəqqi kimi çox vacibdir. Lakin investisiya edərkək, edilən dualar heç vaxt Templtonun dəqiq və yoxlanılmış strategiyasını əvəz etmirdi.

