Benjamin Qrem

«Hər gün nə isə yaradıcı, nə isə axmaq və nə isə yaxşı bir şeylər etmək».

Benjamin Qrem qiymətli kağızlar üzrə  müasir analiz  sisteminin atası hesab edilir, onun ən məşhur himayəçisi  Uoren Baffetdir.  Qremin bir  şəxsiyyət kimi bünövrəsi yoxsulluq içərisində, küçələrdə sağ qalmaq üçün gücünü yox, ağlını istifadə etməli olduğu  Nyu-Yorkda qoyulub. Qrem deyirdi ki, yoxsulluq illəri “ mənim xarakterimdə pula ciddi yanaşmanı, kiçik məbləğ uğrunda səylə çalışmağa hazır olmağı və bütün xərclərdə həddindən artıq konservativ olmaq kimi xüsusiyyətləri  inkişaf etdirdi.”  Kolumbiya Universitetini bitirdikdən sonra Qremə, həmin Universitetdə üç fənn - ədəbiyyat, riyaziyyat və fəlsəfə  üzrə dərs deməyi təklif etdilər. Lakin o,  ailəsini dolandırmalı idi (onun atası o doqquz yaşında ikən vəfat etmişdi), buna görə də, Uol-Stritdə yerləşən bir firmanın istiqrazlar şöbəsində şagird kimi işə düzəlir. 

Qremin  “onun daim axtarışda olan, düşünməyə və tənqidə meyilli” edən  Akademik bilikləri  onun üçün müsbət bir hal oldu. Bundan başqa, o deyirdi ki,  “bütün bu xüsusiyyətlərimə teoretik məntiqi ağıla daxil olmayan daha iki xüsusiyyət əlavə etməyi bacardım: birincisi, problem və ya hər hansı hadisə zamanı vacib olanları dərk etmək və lazımsız şeylərə vaxt sərf etməyin qarşısını almaq; və ikincisi,  işin praktiki tərəfini anlamaq, məqsədə çatmaq, texniki üsullar və yeni yanaşmalar aşkar edərək həll yollarını tapmaq.     

Qremə, istiqrazların satıcısı vəzifəsi təklif olunan zaman o bu vəzifədən imtina etdi və təxmin etdi ki, statistik analiz və ya risklərin analizi sahəsində daha faydalı ola bilər.   

Doqquz il Uol-Stritdə işləyərək  Qrem, öz şəxsi şirkətini açdı.


A-dan Z-yə Foreks Əlifbası

Foreks və bu birjada uğurlu ticarət sirlərinin ilk dəfə olaraq doğma ana dilimizdə A-dan Z-yə açıqlandığı kitaba Siz də sahib olun! Oxuyun, öyrənin, fürsətləri qazanca çevirin!

Foreks Treyder Yarışması

Bütün dünyadan treyderlərin qatıldığı Foreks yarışmasında Siz də gücünüzü sınayın. Həm təcrübənizi artrın, həm də ticarət hesabı uğrunda yarışın!