Alan Qrinspen

Riyazi  istedadlı musiqiçi.

Alan Qrinspen 1926-cı il 6 mart Bruklində Almaniyadan gəlmiş mühacir  ailəsində doğulub. Onun atası birja brokeri idi,   amma  Alanın beş yaşı olanda,  valideynləri boşanır,  və o vaxtdan  sonra Alan atasını çox az-az görürdü.  Onun anası Rouz  boşandıqdan sonra oğlu ilə birlikdə Nyu-Yorka öz valideynlərinin yanına, Brodvey döngəsində, 163-cü küçədə yerləşən altı mərtəbəli binada yerləşən iki otaqlı kiçik bir mənzilə köçür və mebel mağazasında satıcı kimi işləməyə gedir. Baxmayaraq ki, atası –Gerbert Qrinspen –məşhur professional idi və hətta bir dəfə- Alan doqquz yaşında ikən ona “Öndə -krizisdən çıxış”   adlı kitabını bağışlamışdı, oğlunun bir şəxsiyyət kimi formalaşmasında onun elə də böyük rolu olmamışdı.  Alan vaxtının demək olar ki bütün hissəsini anası, babası və xalası uşaqları ilə keçirirdi. Onların isə başlıca məşğuliyyətləri musiqi ilə bağlı idi: babası sinaqoqun xorunda oxuyurdu, anası isə oxumağı və pianoda çalmağı xoşlayırdı. Alan məktəb orkestrində klarnet çalmaqla başladı, daha sonra isə  o vaxtlar  Nyu-Yorkun məşhur musiqi müəllimlərindən biri olan Bill Şaynerdən dərs almağa başlayır.  Bundan başqa Alan beş yaşında ikən artıq üç rəqəmli ədədləri  şifahi olaraq toplayırdı və  hər dəfə  evlərinə qonaq gələndə başqa uşaqlar şer söylədiyi  halda  Alandan nə isə hesablamaq xahiş olunurdu.  Bununla yanaşı məktəbdə o, ən yaxşı beysbol oyunçularından biri idi.  Qrinspen öhdəsinə götürdüyü hər bir işi asanlıqla həyata keçirirdi.  1943-cü ildə Corc Vaşinqton adına məktəbi bitirdiyi zaman məzunların buraxılış albomunda onun şəklinin altında yazılar var idi: «Çox ağıllı və istedadlıdır. Sizin üçün saksafon və klarnetdə məharətlə çalar».
Həyatda öz istiqamətini müəyyənləşdirmək üçün  Alan bir il  saksafon və klarnetdə çalaraq professional musiqiçi kimi Genri  Ceromun orkestrı ilə  qastrola çıxır. Bu cür artist həyatı Alanı qane etmədi, və o, 18 yaşında Nyu-York Universitetinin nəznində olan  Kommersiya  məktəbinə daxil olur.  Amma musiqi Qrinspenin karyerasına çox  əhəmiyyətli  təsir göstərmişdi. Qrispenin iştirak etdiyi  ansamblda Leonard Qarment də iştirak edirdi ki, illər sonra o, ABŞ Prezidenti Riçard Niksonun  müşavirlər  qrupunun rəhbəri olmuş və Qrinspenin gələcək prezidentin komandasında  ilk “siyasi”  işinin təminatçısı olmuşdu . 1948-ci ildə Qrinspen bakalavr dərəcəsini, daha iki ildən sonra isə iqtisadiyyat elmləri üzrə magistr dərəcəsini  alır.  Bir müddət sonra , 1952-ci ildə, o, rəssam Coan Mitçel ilə ailə qurur.  Lakin onların evliliyi 1 ildən sonra dağılır. Lakin Coan onu öz tanışı, kitablarında bazarların əhəmiyyətindən bəhs edən parlaq şəxsiyyət  və filosof  Eyn Rend ilə tanış edir. Qrinspenin həyata baxışları onun baxışları ilə üst-üstə  düşürdü və o, 1982-ci ildə Eyn Rend dünyasını dəyişənə kimi onunla dostluq edirdi. 1954-cü ildə Qrinspen qiymətli kağızlar üzrə mütəxəssis Uilyam Taunsendlə birlikdə “Taunsend- Qrinspen” adlı konsultativ şirkət açırlar. Qısa bir müddətdə  Uol-stritdə ofisləri və onlara uğurlu qazanclar gətirən müştəriləri olur. 1958-ci ildə Tausend ölür və Alan prezidend olaraq şirkətin vahid sahibinə çevrilir. Bu işdə o, 1970-ci ildə Federal ehtiyatlar sisteminin rəhbəri Artur Bernsomla tanış olur. Məhz  Berns Alanın diqqətini Maliyyə Sisteminin  Hökümət tərəfindən tənzimlənməsinə istiqamətləndirir.  1974-cü ildə onun caz-banda üzrə tanışı Leonard Qarment, Qrinspeni prezident Niksonun İqtisadi məsləhətçisi kimi çalışmağı  təklif etdiyi zaman, Amerikanın görkəmli maliyyə mütəfəkkirinin gələcək karyerasında yeni dönüş nöqtəsi oldu.  Niksonun istefasına bir ay qalmasına baxmayaraq, Qrinspen həm onun, həm də ondan sonra hakimiyyətə gəlmiş Cerald Fordun dövründə iqtisadiyyat üzrə məsləhətçi vəzifəsində işləmişdi. Lakin 1977-ci ildə növbəti prezident Ceyms Karter Alanı istefaya yolladı.Qrinspen bu fasilədən istifadə edərək , Kolumbiya Universitetində Hökümətin maliyyə mexanizminin nizama salınmasının praktiki xüsusiyyətləri üzrə magistr dərəcəsini müdafiə etdi .
Hökümət işindən uzaqlaşma uzun müddət çəkmədi —artıq  1981-ci ildə Qrinspen prezident Ronald Reyqanın hakimiyyəti dövründə Sosial Sığorta sistemi üzrə islahatlar komissiyasının rəhbəri vəzifəsidə çalışırdı. Bundan sonra o müxtəlif yerlərdə çalışmışdı — Reyqanın dövründən o, Prezident yanında kəşfiyyat üzrə Məsləhətçi Şuranın, Maliyyə İnstitutları və onların nizama salınması üzrə komissiyanın, müqavilə əsasında hərbi xidmətə keçid üzrə komissiyanın və s. üzvü olmuşdu.

Qrinspenin FES-ə  gəlişi

Qrinspenin  Birləşmiş Ştatların Maliyyə sisteminin nizamlayıcısı vəzifəsinə rəhbər təyin olunması mərasimi çox sadə keçdi— 1987-ci ildə Federal Ehtiyatlar Sisteminə rəhbərlik edən Pol Volker gözlənilmədən istefaya getdi. Onun işini davam etdirmək üçün prezident Ronald Reyqan Qrinspenin namizədliyini irəli sürdü. O vaxt Alanın artıq 61 yaşı var idi, lakin o, dünyanın ən böyük iqtisadiyyatının tələblərini başa düşməyə qadir olduğuna əmin idi. Qrinspen ömrü boyu  bu şansı əldə etmək  üçün oxumuş və magistr dərəcəsi almışdır. FES-in rəhbəri kiməsə konsultasiya vermək hüququna malik deyil- və buna görə  Alan bütün ömrü boyu çalışdığı  konsultativ şirkətinin fəaliyyətini dayandırmalı olur. Bundan başqa, yeni vəzifə şirkətin direktorlar şurasının üzvü olmamağı tələb edirdi—və Alan Alcoa alüminium korporasiyasında, J.P.Morgan bankında, Mobil neft şirkətində, General Foods ərzaq şirkətində və s. olduqca gəlir gətirən şirkətlərdə tutduğu vəzifələri tərk edir. Qrinspen həyatının ən şərəfli vəzifəsini  icra etməyə hazırlaşır. Alan, o dövrdə “ Böyük yeddiliyə” daxil olan ölkələrin mərkəzi banklarının rəhbərləri arasında ən aşağı əmək haqqı- ildə cəmi $171 900alırdı.                                                         
İndi  Alan hər səhər 6:30-dan gec olmayaraq yuxudan qalxır.  Lakin köhnə vərdişindən –hər səhər yarım saat vanna qəbul etmək vərdişindən o, əl çəkə bilmədi. Doğrudur, vanna otağını Qrinspen üçün köklü şəkildə dəyişdilər.  İndi Alan hər səhər  vannada sənədləri oxuyur və məruzə mətnlərini hazırlayırdı.
Tezliklə, amerikalılar Qrinspensiz necə yaşamaq mümkün olduğunu təsəvvür edə bilmirdilər. İlk öncə o özünü, əsas məqsədi  inflyasiya üzərində nəzarət olan sərt kreditli-maliyyə siyasətinin tərəfdarı kimi göstərdi. Bununla yanaşı o, liberal iqtisadiyyatın tərəfdarı olaraq qalırdı.  Çox nadir çıxışlar edən və öz qərarlarının səbəblərini demək olar ki,  heç vaxt  açıqlamayan Qrinspen, inannılmaz dərəcədə effektli olan dəqiq mülahizələri ilə məşhur idi.    
 
FES-ə rəhbər vəzifəyə təyin olunandan dərhal sonra Qrinspen amerikanın “qara cümə”si ilə -19 oktyabr 1987-ci il  Dou-Cons indeksinin gün ərzində 508 punkt düşdüyü an  ilə rastlaşdı. Alan o zaman, sonralar səhvsiz qəbul olunmuş bir sıra tədbirlər həyata keçirdi.  O vaxtdan Qrinspenin bütün hərəkətləri ilahi xəbər kimi qəbul olunurdu, onun özünü isə “ XX əsrdə  FES-in ən yaxşı rəhbəri” adlandırırdılar.  Hiyləgər və uzaqgörən Alan öz ağlasığmaz nüfuzunu Amerika iqtisadiyyatına xidmət naminə istifadə edirdi. 1990-cı ildə qanunla müəyyən olunmuş növbəti şəxsi maliyyə qoyuluşları haqqında hesabat dərc olunmamışdan öncə Alan, ona məxsus olan bütün səhmlərini satdı və əldə olunmuş məbləğə dövlət istiqrazları əldə etdi. Bu  məlumatların nəşr olunması kifayət etdi ki, səhmlərin qiyməti aşağı düşsün, dövlət qiymətli kağızlarının qiyməti isə qalxsın.  1998-ci ildə Qrinspen, faiz dərəcəsinin 3 dəfə aşağı salınması ilə əlaqədar Latın Amerikası, Cənub-Şərqi Asiya və Rusiyada yaranan maliyyə krizislərinin Amerika iqtisadiyyatına təsirinin qarşısını məharətlə ala bildi. Bununla yanaşı, Qrinspenin fəaliyyəti  1990-cı illərin sonlarında ABŞ-da işsizlik səviyyəsinin  son 20 ildən çox bir dövr ərzində ən aşağı həddə- 4%-ə qədər, inflyasiya səviyyəsinin  isə son 11 il  ərzində minimal həddə-1,5 %-ə qədər  düşməsinə səbəb oldu.  Məhz buna görə, Qrinspen  ABŞ-ın dörd prezindenti, demokratlar və respublikaçıların hakimiyyəti illərində FES-nin əvəzedilməz rəhbəri olaraq qalırdı. ABŞ-ın hal-hazırki prezidenti Corc Buşdan fövqəladə iqtisadi hadisə baş verdiyi zaman ilk öncə nə edəcəyini soruşanda o, cavab verdi: “Dərhal Alan Qrinspenlə əlaqə saxlayacam».

Evlənməyin tam zamanıdır...

Qrinspen,  şöhrətinin ən yüksək zirvəsində, 1997-ci ildə ikinci dəfə evləndi. Bu dəfə onun seçimi NBC amerikan telekompaniyasının beynəlxalq icmalçısı Andrea Mitçellin üzərinə düşdü.  Evliliyə qədər onlar  12 il görüşürdülər. Onlar Vaşinqtonda, təbiətin qoynunda, Andrea adlı şəhərkənarı evdə yaşayırlar. Onları tez-tez birlikdə teatr premyeralarında görürlər, Alan isə tennis oynamağı çox xoşlayır. Onun hal-hazırda 79 yaşı var, və artıq o,  təqaüdçü olmağa hazırdır.    

 « Əgər siz mənim nə demək istədiyimi anladınızsa, demək Siz heç nə anlamadınız»

Vəzifədə olarkən, Qrinspen çox yaxşı başa düşürdü ki, Mərkəzi Bankın rəhbəri əbəs yerə bazarı və onun iştirakçılarını narahat etməməlidir. O, xəbərlər buraxılışında çox nadir hallarda- ölkədə krizis halları olanda və ya dolların məzənnəsi kəskin dəyişəndə görünürdü. Lakin çıxışı zamanı da o, öz nitqini gizli, aydın olmayan  kəlmələrlə ifadə edirdi. Müəyyən müddətdən sonra ABŞ-da hətta maliyyə dünyasında onun çıxışlarına aydınlatma gətirənlər kimi ad qazanmış “qrinspenoloqlar” meydana gəldi. Qrinspenin ən məşhur aforizmi-  « Əgər siz mənim nə demək istədiyimi anladınızsa, demək Siz heç nə anlamadınız» kəlməsidir.
Maliyyə dünyasında belə bir əfsanə mövcuddur ki, Qrinspen özünün aydın olmayan nitqləri üzündən indiki həyat yoldaşına iki dəfə evlənmə təklifi etmişdir. Həyat yoldaşı sadəcə olaraq ilk dəfə Qrinspenin ondan nə istədiyini anlamamışdı.

Ofisdən kənarda

İşdən kənarda müasir dünyanın ən məşhur maliyyəçisi Alan Qrinspen- müxtəlif maraqlar və istedadlara malik bir insandır. Yuxarıda qeyd olunduğu kimi Qrinspen gənc yaşlarından məharətlə saksafonda çalır. Həyat yoldaşı ilə birlikdə tez-tez teatr, konsert və kübar qəbullarda olur. O, fəlsəfə ilə çox maraqlanır.

Qrinspenin gedişi

1987-ci ildən Federal Ehtiyatlar Sisteminin rəhbəri işləmiş Alan Qrinspen 31 yanvar 2006-cı il açıq bazarlar üzrə  Federal komitənin sonuncu iclasını keçirdi, bu iclasda faiz dərəcəsini 4,5 % qaldırmaq qərara alındı. “XX əsrdə FES-in ən yaxşı rəhbəri” öz istefasını elan etdi- 79 yaşına çatmış Alan öz istəyi ilə vəzifəsini tərk edir və təqaüdə çıxır.


A-dan Z-yə Foreks Əlifbası

Foreks və bu birjada uğurlu ticarət sirlərinin ilk dəfə olaraq doğma ana dilimizdə A-dan Z-yə açıqlandığı kitaba Siz də sahib olun! Oxuyun, öyrənin, fürsətləri qazanca çevirin!

Foreks Treyder Yarışması

Bütün dünyadan treyderlərin qatıldığı Foreks yarışmasında Siz də gücünüzü sınayın. Həm təcrübənizi artrın, həm də ticarət hesabı uğrunda yarışın!