Hesab açılışı
Real hesab
«Forex-AZ» şirkəti Beynəlxalq Maliyyə Bazarlarında internet-treydinq xidmətləri təqdim edir. Bu xidmətlərdən faydalanmaq üçün:Seçim 1
Bunun üçün on-layn şəkildə ərizə forması-nı doldurmalı və yalnız bundan sonra hesab üzrə Login və Parol nömrənizi əldə edirsiniz. Vəsaitlərinizi Real Hesabınıza yerləşdirdikdən sonra maliyyə bazarlarının tam hüquqlu iştirakçısına çevrilirsiniz.
Seçim 2
Şirkətimizin Azadlıq prospekti 65 ünvanında yerləşən ofisinə müraciət edərək Ticarət Hesabının açılması üçün müqavilə bağlaya bilərsiniz.
Depozitin köçürülməsi.
Ticarət Hesabınızın aktivləşdirilməsi və ticarət əməliyyatlarınızın icrası üçün hesabınıza lazımi miqdarda vəsait yerləşdirməlisiniz. Bunu aşağıdakı vasitələrdən istifadə etməklə həyata keçirə bilərsiniz:
- Avro ilə Bank köçürmələri
- ABŞ dolları ilə Bank köçürmələri
- VISA, MasterCard ödəniş kartları vasitəsilə köçürmə
- WebMoney və ya RUPay ödəniş sistemləri vasitəsilə köçürmə
Şirkət tərəfindən Müqavilə formanız və Ticarət Hesabınıza yerləşdirdiyiniz vəsaitlər qəbul edildikdən sonra hesabınız aktivləşdiriləcəkdir.
Trendoks Trader FX4
Ticarət əməliyyatlarının icrası üçün Trendoks Trader FX4 platformasından istifadə edəcəksiniz. Platforma Forex bazarında və gələcəkdə CFD, fyuçers, eləcə də beynəlxalq səhm bazarlarında internet vasitəsilə ticarət üçün nəzərdə tutulmuşdur.
Demo hesab
Maliyyə birjalarında real ticarətə başlamazdan öncə təcrübənizi Demo Hesablarda artıra bilərsiniz. Demo Hesablar bir sıra xüsusiyyətlər istisna olmaqla Real Ticarət Hesablarından praktiki olaraq fərqlənmir:
Siz şəxsi vəsaitinizlə risk etmirsiniz !
Bütün mənfəət və zərərləriniz virtualdır. Şəxsi istəyinizə uyğun olaraq istənilən həcmdə Demo Hesab aça bilərsiniz. Lakin bu məbləği gələcəkdə açmağı planlaşdırdığınız Real Hesab məbləğinə uyğun seçməyiniz tövsiyyə olunur.
Real ticarət üçün olduqca əhəmiyyətli olan təcrübə qazanırsınız !
Hesab açılışı ilə bağlı hər hansı çətinliyiniz yaranarsa, info@forex-az.net elektron poçt ünvanı və ya 498-16-77 / 441- 63-93 / 050 498-16-77 / 055 668-55-22 telefon nömrələrinə zəng etməklə bizimlə əlaqə yarada bilərsiniz.




