Forex-AZ-la karyera
İNSAN QAYNAQLARI SİYASƏTİMİZ
Məqsədimiz xidmət göstərdiyimiz sektorda ən qabaqcıl şirkət olaraq bacarıqlı, daim inkişafa meylli və peşəkarlığa can atan insanları sıralarımıza qatmaqdır. Əməkdaşlarımıza sadəcə iş şəraiti deyil, həm də yüksək həyat şəraiti yaratmağa çalışırıq.
Kimləri, nə cür işə qəbul edirik?

- Vəzifə mövqeyinə deyil, Forex-AZ komandasına işçi qəbul edirik. Daim inkişafa meylli və özünü inkişaf etdirən şəxslər Forex-AZ komandasına qatılırlar
- Bacarıq və potensialını mütəmadi artıranları işə qəbul edirik
- Yeni kadrlarımızı ən çox uğurlu ola biləcəkləri deyil, daha çox inkişaf edə biləcəkləri mövqelərdə səlahiyyətləndiririk
Performans idarəçiliyimiz
Məqsədimiz:
- Şirkət hədəflərimizlə əməkdaşlarımızın şəxsi hədəflərində paralelliyi qorumaq
- Şəxsi bacarıqların inkişaf etdirilməsi ilə şirkətin inkişafının sürətləndirilməsi
- Rəhbər tutduğumuz hədəflərə nail olmaq istiqamətində hər bir işçinin əməyinin ədalətli və sistemli şəkildə dəyərləndirilməsi
- Hər bir əməkdaşın üzərinə götürdüyü məsuliyyətdə şirkətə yaratdığı dəyəri görə bilməsi
- Şəxsi inkişafın dəstəklənməsi

Forex-AZ fəaliyyətində daim yüksək performansı hədəfləyən bir şirkətdir. Şirkətdə işçilərin şəxsi inkişafı və peşəkar bacarıqlarını artırılmaları üçün bütün növ şərait yaradılmışdır. Performans Sistemi həm fərdi bacarıqların inkişafı, həm də bütövlükdə şirkətin fəaliyyətində keyfiyyətin artırılması üçün önəmli olduğundan hər işçidə performansın izlənməsi və obyektiv şəkildə dəyərləndirilməsi Forex-AZ üçün önəmli faktordur. Forex-AZ olaraq hədəfimiz effektiv bir performans dəyərləndirilməsi sistemi ilə işçilərimizə daim peşəkar inkişaf mühiti yaratmaqdır.
Karyera inkişafı
Məqsədimiz Forex-AZ-da çalışan hər bir işçidə fəaliyyət sahəsi üzrə dünya standartlarına cavab verəcək liderlik keyfiyyətlərini yetişdirməkdir.

- İşçilərin güclü tərəflərini üzə çıxarır və şirkətin bu keyfiyyətlərdən faydalana biləcəyi işləri planlaşdırırıq
- Hər bir işçinin inkişaf etdirməli olduğu fəaliyyət istiqamətlərini müəyyənləşdirir və bu istiqamətdə effektiv motivasiya sistemi qurmağa çalışıq
Liderlik
Forex-AZ-ın kadr siyasətində başlıca məqsədi lider yetişdirməkdir. Daim öyrənməyə və özünü inkişaf etdirməyə meylli, dinamik, yüksək performansı hədəfləyən, yeniliyə can atan və komanda iş üslubuna malik insanların işə qəbulu Forex-AZ şirkətinin kadr siyasətində başlıca kriteriyadır. Lider yetişdirməyə yönəlmiş iş fəlsəfəsi ilə Forex-AZ hər bir işçinin şəxsi inkişafı və yüksək performansı üçün münasib iş şəraiti yaradır.


