Forex-AZ-da tədris



Forex-AZ-da professional Foreks tədrisi almağınız üçün bir çox səbəb var...

Uğurlu sərmayə idarəçiliyinin sirlərini öyrənin!

Həyatın hər bir sahəsində olduğu kimi Foreks ticarətində də uğur qazanmağın müəyyən sistemi və fəlsəfəsi vardır. Foreksdə ticarət əməliyyatları marjinal ticarət prinsipi ilə həyata keçirildiyindən və ikitərəfli olduğundan birja iştirakçıları əməliyyatlarını kortəbii həyata keçirsələr belə bir müddət mənfəət qazana bilərlər. Lakin, bu sahədə bilik və təcrübənin olmaması yekun nəticədə böyük zərərlərə yol aça bilər. Doğru qərarlar və düşünülmüş ticarət strategiyası Foreksdə uğurların təməlidir.

İstəklərinizə uyğun tədris alın!

Tədris kursları Forex-AZ şirkətinin Tədris Mərkəzində həyata keçirilir. Əyani tədris almaq üçün vaxtınız məhduddursa internet üzərindən verilən Onlayn Tədris proqramımıza da qatıla bilərsiniz. Tədris kurslarına qatılmaq üçün istəyinizə uyğun kursu seçərək qeydiyyat formasını doldurmanız kifayətdir.

Peşəkar biliklə yanaşı professional təcrübə də qazanın!

Nəzəri məşğələlərdən sonra əldə etdiyiniz bilikləri Demo hesablarda praktiki sınaqdan keçirmək imkanınız da olacaqdır. Kurs iştirakçılarına şirkətimiz tərəfindən hazırlanmış və Azərbaycanda ilk peşəkar birja nəşri olan “Foreks Maliyyə Bazarının Əlifbası” kitabı həddiyə edilir.



Tədris kurslarına kimlər qatıla bilər?

Tədris proqramlarımız Yeni başlayanlarTəcrübəli treyderlər üçün nəzərdə tutulmaqla 2 qrupa bölünür.


Yeni başlayanlar üçün nəzərdə tutulan kurslar Dünya Maliyyə bazarları ilə yeni tanış olan şəxslər üçün xüsusi olaraq hazırlanmış tədris proqramlarıdır. Təcrübəli treyderlər üçün nəzərdə tutulmuş tədris kurslarında isə bu sahədə artıq müəyyən bilik və bacarıqlara yiyələnmiş və mövcud biliklərini daha professional səviyyədə artırmaq istəyən treyderlər iştirak edə bilərlər.


Tədris Mərkəzimizdə hazırlıq kurslarımız həftə içi 5 iş günü, saat 10:00-dan 19:00-dək təşkil edilir. Kurslarda əyani tədris almaq imkanlarınız məhduddursa məsafadən onlayn tədris sistemimizin imkanlarından da faydalana bilərsiniz.


Tədris kurslarımızla bağlı ətraflı məlumatı birbaşa şirkətimizə müraciət edərək və ya Pulsuz İlkin Tanışlıq Seminarına qatılaraq əldə edə bilərsiniz.

Demo Hesab açılışı

Demo hesab açın, Forekslə canlı tanış olun! Sərmayənizlə heç bir risk etmədən real birja şərtlərində ticarət təcrübənizi artırın!

Foreks Treyder Yarışması

Bütün dünyadan treyderlərin qatıldığı Foreks yarışmasında Siz də gücünüzü sınayın. Həm təcrübənizi artrın, həm də ticarət hesabı uğrunda yarışın!