Foreksin əsas anlayışları
Foreksin fəaliyyət məntiqini tam anlaya bilməyiniz üçün bu birjanın əsas anlayışlarını bilməlisiniz. Maliyyə bazarlarında ticarət təcrübəsinə malik deyilsinizsə istifadə olunan termin və anlayışları mütləq öyrənməlisiniz.
Foreksin fəaliyyət məntiqini tam anlaya bilməyiniz üçün bu birjanın əsas anlayışlarını bilməlisiniz. Maliyyə bazarlarında ticarət təcrübəsinə malik deyilsinizsə istifadə olunan termin və anlayışları mütləq öyrənməlisiniz.
Valyuta kursu iki ölkənin milli valyutalarının qarşılıqla olaraq dəyərini ifadə edir. Bu dəyər, sərbəst bazar şəraitində müvafiq valyutalara olan tələblə təklif əsasında və ya bu valyutaların mənsub olduqları ölkələrin Mərkəzi Banklarının sərt nəzarəti altında formalaşa bilər.
Birbaşa kotirovka milli valyuta vahidinin xarici valyuta vahidi qarşısında dəyərini ifadə edir. Başqa ifadəylə, Birbaşa kotirovka milli valyutanın hansı həcmdə ABŞ dollarına bərabər olduğunu göstərir.
Məsələn: GBP/USD valyuta cütünün 1.6415 məzənnəsi 1 İngilis funtunun 1.6415 ABŞ dollarına bərabər olduğunu göstərir.
Dolayı kotirovka xarici valyuta vahidinin milli valyuta vahidi qarşısında dəyərini ifadə edir. Başqa ifadəylə, Dolayı kotirovka 1 ABŞ dollarının hansı həcmdə milli valyuta vahidinə bərabər olduğunu göstərir.
Məsələn: USD/TRY valyuta cütünün 1.5820 məzənnəsi 1 ABŞ dollarının 1.5820 Türk lirəsinə bərabər olduğunu göstərir.
Kross kotirovka Kross kotirovka üçüncü ölkənin valyuta vahidi ilə müqayisədə müəyyən dəyərə malik olan iki ölkə valyutasının bir-biri qarşısında dəyərini ifadə edir. Foreksdə daha çox ABŞ dollarının iştirakı ilə hesablanan kross kotirovkalardan istifadə olunur. Bu halda valyuta cütünün kross-kursu vurma formulu ilə hesablanır.
Məsələn: Avro və İsveçrə frankı arasındakı kross-kurs EUR/CHF=USD/CHFx EUR/USD formulu ilə hesablanır.
Spot kotirovka ticarət sövdələşməsinin rəsmiləşdirmə anında milli valyuta vahidinin xarici valyuta vahidi qarşısında dəyərini ifadə edir. Spot kotirovka valyuta ticarəti əməliyyatlarının icra anına ölkə hüdudlarından kənarda milli valyutanın nə dərəcədə yüksək dəyərləndirildiyini göstərir.
Birjalarda qiymət dəyişikliklərinin ən sadə analiz üsulu qrafik analiz metodudur. Qiymət qrafiklərinin bir neçə növü vardır. Bütün qiymət qrafiklərində oxşar cəhət şaquli istiqamətdə qiymət dəyişikliklərinin, üfüqi istiqamətdə isə zamanın əks olunmasıdır.
1 - Xətti qrafiklər
2 - Parça qrafikləri - barlar
3 - Yapon şamları