Dürüstlük
Müştəri faktoru bizim üçün son dərəcədə önəmlidir. Fəaliyyətimizin hər bir sahəsində ən yüksək keyfiyyət və etik standartlara riayət etməyə çalışırıq.
Müştəri məmnuniyyəti
Müştərilərimizin ehtiyaclarını tam olaraq anlamaq və bu ehtiyaclara maksimal şəkildə cavab verə bilmək fəaliyyət strategiyamızın bir parçasıdır. Hər bir işimizdə müştərilərimizin kim olduğunu anlar, onların ehtiyaclarını müəyyənləşdirir və hədəflərimizi müştərilərimizin hədəfləri ilə uzlaşdırmağa çalışırıq.
İnsana hörmət
İnsan faktoru Forex-AZ olaraq uğurlarımızın təməlidir. Fəaliyyətimizin bütün mərhələlərində hər bir işçimizə göstərdiyimiz hörmət və verdiyimiz dəyərə görə qürur duyuruq.
Yenilikçilik
Yenilikçilik fəaliyyət göstərdiyimiz sektorda fərqliliyimizi, uğurlarımızı, inkişafımızı və liderliyimizi şərtləndirən başlıca amildir. Hər işimizə “Bu işi daha da keyfiyyətli görmənin başqa bir yolu varmı?”, “O yolu ilk kəşf edən biz olacağıqmı?”, “İşimizdə yenilikçiliyi hədəfələyirikmi?” sualları ilə başlayırıq.
İş birliyi və komanda çalışması
Uğurlu bir şirkət olmaq, müştərilərimizin dəyişkən ehtiyaclarına cavab verə bilmək üçün təşkilatçı olmalı və coğrafi sərhədləri aşaraq komanda ruhu ilə çalışmalı olduğumuzun fərqindəyik.
Liderlik
Liderlərimizin bilik və təcrübələrini paylaşaraq komandalarındakı işçilərimizə güc verdiklərinə və onlara yeni üfüqlər açdıqlarına inanırıq. Fəaliyyətimizin hər bir sahəsində işçilərimizə lider keyfiyyətlərini inkişaf etdirmə fürsəti yaratmağa çalışırıq. Mövcud durumu və şərtləri daha da yaxşılaşdırmaq üçün əzmlə çalışır, performansı artırmaq istiqamətində öncüllüyə can atır və görmək istədiyimiz davranışlar üzərində modellər qururuq.
Performans
Performansımızı daim inkişaf etdirməyə çalışırıq. Bir işə qərar verdiyimiz zaman o işi mümkün ola biləcək qədər sürətli, doğru, peşəkar və effektiv şəkildə həll etməyə çalışırıq. İşimizdə hər gün daha da inkişaf etməyi bir həyat fəlsəfəsinə çevirir, ən qabaqcıl ideyaların tətbiqinə çalışırıq.
Keyfiyyət
Forex-AZ-ın fəaliyyətində və bütün dəyərlərində keyfiyyət başlıca şərtdir. Dünyanın hər yerində beynəlxalq maliyyə bazarları üzrə keyfiyyətli xidmət vermək ən böyük hədəfimizdir. Müştərilərimizin bizimlə əməkdaşlıqdan zövq almaları və məmnun qalmaları üçün çalışırq.